İngiltərədəki işsizlik məsələləri parlamanda müzakirə edildikdə, baş vəkil Boldvin demişdir: «İşsizliyin qabağını almaq üçün İngiltərə hökuməti daima sülhü bərpa etməyə çalışmışdır.

Olmazsa ingilislər sülh-səlamət olmaz.
Hər yerdə ingilis yox orda ədalət olmaz.

Əlhəmdülillah etdik dünyaya sülh içində
Bir qətrə qan tökülməz İranda, Hind-Çində
Salmaqdayız qiyamət hər gün o tin, bu tində
Bir ünsürüz ki, bizdə gizlin siyasət olmaz
Olmazsa ingilislər sülh-səlamət olmaz.

Hər məmləkətdə hala zil salmışıq siçantək
Hazırdır ingilislər birçə qoxu qanantək
Şərq ölkəsində xalqı sançarsa gər ilantək
Hər adət olsa onda, ancaq xəyanət olmaz
Biz harda olsaq orda cəlladə hacət olmaz.

Baxma ki, ölkəmizdə işsizlər eylər üsyan
Bir az da ortalıqda var iqtisadi böhran
Ar etməyin dolursa işsizlər ilə hər yan
Məhv olmayınca zəhmət bizdə səadət olmaz
Biz harda olsaq orda cəlladə hacət olmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира