Sərdar Rəşid Tehrana qaçmazdan iki saat əvvəl polkovnik Berezovskiyə belə bir məktub yazmışdı:

Cənab polkovnik! Mən sizə göndərdiyim birinci məktubumda Təbrizdə çar hökuməti əleyhinə çalışan bir nəfər gizli təşkilat üzvü barəsində yazmışdım. Siz onu həbs etmiş olsaydınız, onun vasitəsilə gizli komitəni tamamilə həbs edə biləcəkdiniz. Nədənsə siz gizli komitə rəhbərlərinin birisi olan Əbülhəsənbəyə qarşı güzəştə getdiniz. Lakin mən güzəştə getməyəcəyəm. Əbülhəsənbəy haqqında Tehranda rus səfarətinə gedib şəxsən danışacağam. Əbülhəsənbəy Səttar xan vaxtından bəri Təbrizdə inqilab işində çalışır. İmperator hökuməti əleyhinə başlanan bütün nümayişləri o düzəldir. Rəfizadəni, Rzabalanı və bunlar kimi bir çoxlarını edam etdirən Əbülhəsənbəydir. Bütün konsulxanalarda onun adamı vardı. O, tacir deyil, onun əsas işi gizli cəmiyyətdə çalışmaqdır. Şeyx Əbdüləzəlin nümayəndəsi Rəhnümanın vəsiqələrini oğurlatdıran, şeyxin özünü ifşa etdirən, məqbərə və məscidləri bərbad qoyan və lazımi adamları oğurlatdıran həmin bu adamdır. Neçə ildən bəridir ki, mənim arvadım İftixarissoltanı oğurlatdırmışdır. İndiyə qədər biçarə qadının harada olduğu məlum deyil.

Mən bunları sizə misal üçün yazdım, onun gördüyü işləri saymaq üçün uzun vaxt lazımdır. Mən ümid edirəm ki, Tehrana xəbər çatıncaya qədər siz o caniləri həbsə alıb cəzalandıracaqsınız. Əksinə olursa, sizin özünüz məsulsunuz...)

Sərdar Rəşidin bu məzmunda yazdığı məktub on səhifədən ibarət idi. Berezovski bu məktubu alan kimi dünyası dəyişdi, vücudu titrədi, nə edəcəyini bilmədi, oturduğu kürsüyə söykənib beş dəqiqəyə qədər düşündü, nəhayət, telefonun dəstəyini götürüb alayın qərargahını səsləmək və Əbülhəsənbəylə Tütünçüoğlunun həbs olunmasına əmr vermək istədi.

O, dəstəyi götürüb, bir neçə dəqiqə əlində saxladı, dodağını dəstəyə yaxınlaşdırıb danışmaq istədi, lakin yenə də başını geriyə çəkdi, bu vəziyyət bir neçə dəqiqə davam etdi. Nəhayət, o, dəstəyi yerinə qoyub kürsüyə dayandı, vəziyyətin ağırlığı onu sarsıtdı.

Çar iandarmı çıxılmaz vəziyyətdə qalmışdı.

O nələri düşünürdü?) O bilirdi ki, çar fandarmı yeddi ildən bəridir gizli təşkilatı əldə etmək üçün nə qədər çalışmışsa da, bir iş görə bilməmişdir. Hazırda bu təşkilatı əldə etməklə o, çar hökumətinin böyük bir mükafatına nail olacaqdır.

Berezovski o biri tərəfdən də Əbülhəsənbəyin öz ailəsinə göstərdiyi qərəzsiz, minnətsiz, təmənnasız yaxışılıqları düşünür, onları bir-bir öz nəzərindən keçirir, ölçür və biçirdi.

Əbülhəsənbəy onun ailəsinə yalnız pul köməyi verməklə kifayətlənməyərək, onun gözəl arvadını, gözəl və misli olmayan qızlarını da fahişəlikdən və namussuzluqdan qorumuşdu.

Berezovski alacağı mükafatla bütün yaxşılıqları bir yerə qoyub müqayisə edirdi, lakin heç vəchlə bu çətin vəziyyətin altından çıxmağı bacarmırdı. O, gizli təşkilatı həbsə almaqdan vaz keçməklə yalnız əldə edəcəyi mükafatı deyil, öz vəzifəsini də itirəcək və çar hökuməti tərəfindən cəzalanacaqdı.

Nəhayət, Berezovski andarm vicdanı ilə bəşəri vicdanı bir yerə qoyub onların da üzərində uzun zaman düşündü. /andarm vicdanı qalib gəlirdi, o öz-özünə: «Mən bir şərqlidən ötrü ömrüm uzunu qazandığım nüfuzu itirə bilərəmmi? – dedi. – Hansı axmaq bu qədər böyük bir müvəffəqiyyətin üzərindən soyuqqanlılıqla keçə bilər?

Telefonun dəstəyini götürdü, lakin danışmağa cəsarət etmədən, onu dodaqlarında saxladı, yenə də oturdu və öz-özünə sual verdi: €O bir şərqlidir, biz onları vəhşi və mədəniyyətsiz hesab edirik. Vəhşi asiyalı bir avropalını, eyni zamanda ehtiyac qarşısında qalan bir ailəni müdafiə üçün minlərlə manat parasından keçir. Bəs buna qarşı bir avropalının vəzifəsi nədir? Mən onu həbs edimmi? Mən onun üzünə bir insan kimi baxa bilərəmmi?

Sonra da Berezovski Əbülhəsənbəylə birinci görüşündə dediyi: eMən arzu edirəm o qədər yaşaya biləydim ki, sizin bu yaxşılıqların əvəzini sizə yetirməyə bacaraydıml? sözlərini xatırlayırdı.

Dəstəyi yerinə qoydu, evi dolanmağa başladı. Saatına baxıb gecə saat 1-ə işlədiyini gördü, saatı cibinə qoyub bir daha telefona yanaşdı, dəstəyi götürüb cəsarətlə danışdı:

– Əbülhəsənbəyin evidirmi? Danışan Əbülhəsənbəydirmi? Bu saat bizə gəlməlisiniz. Sizinlə danışmalı vacib bir iş vardır, tez gəlin,

– deyərək dəstəyi yerinə qoydu.

ALİ.

Mən Berezovskinin evinə gecə saat 2-in yarısında getdim. Getməyimi evdə ancaq Məşədi Kazım və Ələkbər yoldaş bildi, çünki telefon zəng vurduğu zaman biz birlikdə oturub söhbət edirdik.

Faytonu qoşdurub yola düşdüm, erməni məhəlləsində dayanıb məsələni Arşaka xəbər verdim və onun hər ehtimala qarşı hazırlıq görməsini tapşırdım.

Mən Berezovskinin otağına girən kimi vəziyyəti yaxşı görmədim, onun əlimi sıxdığı zaman vücudunun titrədiyini hiss etdim. Gülüşləri və məni qəbul etdiyi zaman danışdığı sözləri də onun özündə olmadığını göstərirdi.

Mən görüşüb oturduqdan sonra da o evi dolanır və fikirləşirdi. Hərdənbir dönüb mənim üzümə fikirli halda baxır və bığlarını tumarlayatumarlaya o tərəf-bu tərəfə gedirdi. Mən hər şeyi hiss edirdim, çünki sərdar Rəşid Təbrizdə bizə qarşı bir macəra yaratmadan çıxıb getməyəcəkdi. Berezovski ara-sıra mənə baxdıqda öz əlinə keçən yağlı şikar haqqında düşünür və bu şikardan nə qədər qazanacağı barəsində fikirləşirdi.

O gəlib oturdu, papiros qutusunu götürüb mənə uzatdı, bir papiros götürüb yandırıb çəkdim, birisini də özü alışdırıb dişinə aldıqdan sonra.

– Belədir, hörmətli ata! – dedi. – Biz çox zamandan bəri çar hökumətinin axtarıb tapa bilmədiyi gizli əlləri sıxıb onunla dostluq etmişik. Mən buna çox təəssüf edirəm, çünki bu dostluq nə sizin, nə də bizim üçün müsbət bir nəticə ilə qurtarmadı. Bu dostluq hər iki tərəfin həyatına qarşı bir təhlükə şəkli aldı. Mənim aldığım məlumata görə özünü imperator hökumətinə dost göstərən bir adam illərdən bəri Təbrizdə imperatorun nüfuzu əleyhinə gizli təşkilatlar düzəldirmiş. Mən yeddi illik böyük və gizli bir hərəkatın rəhbəri ilə göz-gözə öz vəzifəm və məsləkim əleyhinə olaraq çalışırmışam. Əlbəttə, siz mənim şəxsimə qarşı və mənim ailəmə qarşı gözəl bir insan kimi hərəkət etmişsiniz, lakin dövlətə və hökumətə qarşı, daha açığı, bizim xidmət etdiyimiz üsuli-idarə əleyhinə də çox dəhşətli və misli görünməyən bir düşmənsiniz. Təbrizdə terrorların, edamların, nümayişlərin, intibahnamələrin, çar hökumətinə qarşı bütün təşəbbüslərin başçısısınız. Siz xalqın evindan arvadını oğurlatdırıb illər uzunu həbsə alırsınız. Siz bütün konsulxanalardan gizli adamlar vasitəsi ilə məlumat alırsınız. Siz Səttar xanın ən yaxın adamısınız. Eyni zamanda siz mədəni, mərhəmətli, zəngin təbiətli və nəcib bir şəxsiyyətsiniz. Məni çıxılmaz vəziyyətdə qoyan cəhət də, məhz son dediyim cəhətlərinizdir. İndi deyin görüm bir nəfər çar xidmətçisinin, daha açığı, bu iş üçün ali dairələrdən təyin edilən zatın vəzifəsi nədir?

Məsələ mənim üçün tamamilə aydınlaşdı, bu məlumatı çar )andarmına sərdar Rəşiddən başqa heç bir kəs verə bilməzdi. «Xalqın arvadını oğurlatdırırsınız? sözü də İraidanın aparılmasına işarə idi, çünki sərdar Rəşid bunu daim bizdən şübhələnirdi. Lakin mən onu da bilirdim ki, sərdar Rəşidin Berezovskiyə verdiyi bu məlumat ancaq quru sözlərdən ibarətdir, çünki sərdar Rəşidin əlində heç bir yazılı vəsiqə ola bilməzdi. Biz işimizi çox ehtiyatlı tutmuşduq. Lakin buna baxmayaraq, quru məlumatın özü də bizim üçün böyük təhlükə idi.

Əvvəla biz bununla həbsə alınacaq idik, çar Pandarmı, bu təqsirləri bizə yamaya bilməsə belə, yenə də bizi Təbrizdə azad buraxmayacaqdı. İkinci, Ninanın konsulxanadan qovulacağı, bəlkə də, həbsə alınacağı şübhəsiz idi. Üçüncü, mənim mənsub olduğum bütün adamlar məhv ediləcək və sürgünə göndəriləcəkdi. «Qorxmaq fayda verməzlə düşündüm və çar iandarmına bir sual verdim:

– Sizə belə bir məlumatın verildiyinə şübhə etmirəm, lakin buyurun görüm cənab polkovnikin özü buna inanırmı? Bir nəfər adam bu saydıqlarınızı bacara bilərmi? Yaxud sizə verilən məlumatı sübutedici sənədlər vardırmı?

– Mənim sözüm nə isbatedici sənədlərdə, nə də məlumatın doğru olub-olmamasında deyildir, məqsədim sizə bu təhlükənin hər iki tərəf üçün ağır olduğunu bildirməkdir. Bu məlumatı bir nəfər adi fandarm vermiş olsaydı, bəlkə də, təhlükənin qarşısını almaq mümkün idi. Lakin bu məlumatı verən adam kiçik adam deyil, o bir neçə gündən sonra Tehranda mənim gələcəyim üçün edam cəzası verdirəcəkdir, çünki mən sizin qardaşınız haqqında verilən məlumatı nəzərə almayaraq, öz vəzifəmin xaini kimi sizə güzəştə getmişəm, sərdar Rəşidi tanıyırsınızmı?

– Çox gözəl tanıyıram.

– Onun arvadını oğurlatdıran siz deyildinizmi?

– Siz onun arvadının kim olduğunu və onun əlimə nə cür düşdüyünü bilirsinizmi?

– Xeyr, bilmirəm.

– Onu eşitməyə, az da olsa, vaxtınız vardırmı?

– Buyurun!

– Sərdar Rəşidin evindən oğurlanan qız İraida adlı bir latış qızıdır. O mənim yaxın tanışımın bacısıdır. Onu sərdar Rəşidə verən nə mən, nə də onun bacısı deyildi. Bu qızı da bir çox rus qızları kimi konsulxana istədiyi adamların və qadın düşkünlərinin sərəncamına verib onların vasitəsilə iş görməyə çalışırdı. Sərdar Rəşid İraidanı bir qadın kimi yox, öz nüfuzunu möhkəm etmək və çar zabitlərinin dostluğunu qazanmaq üçün bir alış-veriş mətaı kimi saxlayır və onu istədiyi adamların şəhvətini söndürməyə məcbur edirdi. Siz indi özünüz mühakimə edin, o zaman mənim vəzifəm nə idi?

– Sizin bu söhbətləriniz çar konsulxanasına qarşı bir böhtan və bir təhqir deyildirmi?

Çar iandarmı bu sözü deyəndən sonra mən əlimi cibimə aparıb üç məktub çıxartdı. Məktubun birisi talış xanı Sarimissoltan tərəfindən Berezovskinin kiçik qızı Silvanın adına yazılmışdı. Məktubun içərisindən başqa bir məktub da konsulxana tərəfindən Berezovskinin arvadı Yelenaya yazılmışdı. Həmin məktubda konsulxana Silvanın Sarimissoltana ərə getməsini və bu izdivacla həm Silvanın xoşbəxt olacağı, həm də çar hökuməti lehinə böyük bir vəzifənin ifa olunacağı göstərilirdi. Nəhayət, məktubun birisi də onun böyük qızının adına Məmmədəli Mirzənin sabiq mirzələrindən biri Hümayun tərəfindən yazılan məktub idi. Burada konsulxananın da bu izdivaca razı olacağı bildirilirdi. Üçüncü məktub onun arvadının adına göndərilən məktub idi. Bunu da məşhur çar agenti, qaraməlikli Usta Bağır yazmışdı.

Məktubların üçü də rusca yazılmışdı. Berezovski bunları diqqətlə oxuyub stolun üstünə qoyduqdan sonra mənə sual verdi:

– Bu məktublar sizin əlinizə haradan düşübdür?

– Bunları mənə verən sizin arvadınızdır, çünki siz Təbrizə gəlməzdən qabaq onlar mənim himayəmdə idilər. Onların namusunu müdafiə etmək mənim öhdəmdə idi.

– Mənim ailəm bu cür əxlaqsızlığa təslim oldumu?

– Xeyr, onlar təslim olmaq istəsəydilər, bu məktubları mənə göstərməz və kömək istəməzdilər.

– Siz onlara kömək verdinizmi?

– Siz bunu ailənizdən xəbər ala bilərsiniz! Bizim köməyimiz olmasaydı, onlar öz məqsədlərini zorla həyata keçirəcəkdi. Lakin biz evimizin ətrafında qarovul qoyduq və məktub sahiblərini o ki lazımdır döydürüb erməni məhəlləsinə girmələrinə imkan vermədik. Sizin qapınızda döydürdüyümüz Sarimissoltan hələ də xəstədir.

Jandarm mənim üzümə çox təəccüblə baxdı və:

Bunların hamısına inanıram, əsas məsələ bunlarda deyil, mənim sizə dediyim vəziyyətdən nə cür çıxmaq məsələsidir.

– Siz sərdar Rəşidin yazdıqlarına inanırsınızmı?

– İnanıram, yüz faiz inanıram.

– Bu qədər işlərin öhdəsindən bir tək adamın gəlməsinə də inamınız vardır?

– Bəli, inamım vardır. Sizin bacarıqlı adam olduğunuza inanıram.

– İndi ki, siz ğuna inanırsınız, mənim deyəcəyim qısa bir cümləyə də inanın! Bu qədər ağır işlərin öhdəsindən gələn bir adam sizi də ağır vəziyyətin altından çıxarmağı bacarar!

– İnanıram! Lakin sərdar Rəşid Tehrana getdi, o mənə yazdıqlarını Tehranda rus səfiri Etterə xəbər verəcəkdir.

– Mən sizə söz verirəm, sərdar Rəşid Tehrana getməyəcəkdir!

Bu sözümdən sonra fandarm dərin bir nəfəs aldı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Siyasi dərnək üzvləri

Bir neçə gündən bəri Nina çox qəmli görünürdü. Onu bir gün ağlayarkən gördüm. O, daima öz dərdini və onu kədərləndirən hadisəni məndən gizləməyə çalışırdı.Dərdini mənə bildirməmək üçün məni görərkən gülüşlərlə qarşılayır və şadlığı ifadə edə biləcək söhbətlər başlayırdı. Lakin bu, yenə də əvvəlki Ninanı, nəvazişli, şad və sevincli Ninanı əvəz edə bilmirdi. Mən də çox yorğun idim. Nədənsə, kiçik Məcidin tərbiyəçisi Səltənət də bu gün gəlməmişdi. Nina haraya isə getməli idi. Məcid nahar yeməyindən sonra yatmışdı. Uşağı tək buraxmaq mümkün deyildi. Mən orada bir az rahat olmağı, həm də Nina qayıdınca evə, uşağa qarovul çəkməyi qərara aldım. Nina otağına girdi. Bir azdan sonra tamamilə qara paltarlarını geyib matəmli bir qız kimi vidalaşıb getdi. Şübhələndim. Nədənsə, bu qədər inandığım, ölüm-dirim meydanında əlbir işlədiyim qızdan tez-tez şübhələnirdim. Bu şübhə məni yatmağa qoymadı. Nə qədər o tərəf-bu tərəfə çevrildimsə, yenə məni yuxu aparmadı. Getmək mümkün deyildi, uşağı buraxa bilmirdim. Durub paltarımı geydim. Çayı hazırladım. Oxumağa bir şey axtarırdım. Kitabları araşdırırdım. Ninanın əvvəldə sevdiyi və Təbrizə gələrkən mənə göstərdiyi «Üç tüfəngli» adlı kitabı gördüm. Kitabı araladım. Əvvəlcə şəkillərini gözdən keçirmək istədim. Əsərin qəhrəmanlarını oxuyurdum. Ninanın bu qəhrəmanlarla nə qədər maraqlandığını düşünürkən məndə o qəhrəmanlara qarşı bir sevgi oyanırdı, çünki mənim sevdiyim qız, vaxtilə onları sevirdi.

8 мин
Son iclas

Mən içəri girəndə balaca Məcidi çimdirib qurtarmışdılar. O, yatmaq istəmirdi, çünki neçə gündən bəri məni görməmişdi. Nina məni görərkən sevindi. Eyni zamanda mənim üzümə qorxa-qorxa baxırdı. O mənim ondan incidiyimi hiss edir və nə edəcəyini bilmirdi. Şübhəsiz, Təhminə xanım məsələni ona xəbər verməmişdi; çünki mən ona tapşırmışdım. Mən yenə də divanın üstündə oturmuşdum. Fəqət Nina adətinin xilafına olaraq bu gecə divanın üstündə oturmadı. Balaca Məcidimiz bunu hiss etdi. O, durub Ninanın donundan çəkə-çəkə gətirdi. Divanın üstündə oturdu, özü də aralıqda oturdu. Nina qara köynəyi çıxartmışdı. Mən gülümsündüm, «qara köynəyi nə üçün çıxartdın?» deyə soruşdum. Nina üzümə qorxa-qorxa baxıb dedi:– Doğrudan da, o nə söz idi dedin?

8 мин
Təbriz çar kazakları əlində

Mən Səttar xanın qərargahı olan Əminəxizdən keçib Lilava məhəlləsinə getməli idim. Küçələrdə bu günə qədər görünməyən simalara təsadüf edirdim. Bu gün çar ordusunun pişdar dəstələri Təbrizə girəcəkdi. Çar himayəsində olanların qapıları çar bayraqları ilə bəzənmişdi. İnqilab dairəsindən köçüb gedən ailələr qayıtmaqda, əlinə bağlama, çamadan və sair şeylər götürmüş aristokratiya erməni məhəlləsindən köçüb öz evlərinə getməkdə idi.Avstriya, Rusiya, İngiltərə konsulxanalarında əyləşib inqilabın gözünə görünməkdən qorxanlar isə qışdan çıxmış tısbağalar kimi başlarını dışarı uzatmaqda idilər.

11 мин
Ninaya məktub

«Əziz yoldaşım Nina! Bu gün biz Xoy şəhərinə yetişdik. Şəhərin dar küçələrindən bizi musiqi dəstələri müşayiət etdi. Şəhərin valisi də sosial-demokratlarla bərabər bizi ziyafət binasına yola saldı. Küçələr kütlələrlə dolmuşdu. Üzüörtülü və açıq qadınların müxtəlif söhbətlərini eşidirdik:– Qafqaz mücahidləridir.

2 мин

Стихи других поэтов