Страница 1 из 2

Sərdar Rəşid hökumət işlərini vəliəhdin peşəkarı Nizamülmülkə təhvil verib qurtarmışdı. Artıq o hökumət başında deyildi, o, Azərbaycanda bir işə təyin edilmək arzusunda olsa belə, həm vəliəhd, həm də Nizamülmülk ona Azərbaycanda iş vermək istəmirdi.

O, Təbrizdən getməyə hazırlanırdı, lakin buna baxmayaraq, sanki o, Təbrizdə mühüm bir hadisə yaratmaq üzərində çalışırdı. Daim yüksək rütbəli çar çinovnikləri, qoşun rəhbərləri, yüksək çinli zabitlər və sairələrlə əlaqədə idi.

Sərdar Rəşid bu cür adamları tez-tez evində qonaq edir və özü də bəzən onların evinə qonaq gedirdi.

Mahrunun gətirdiyi xəbər sarsıdıcı bir xəbər idi. Polkovnik Berezovskinin sərdar Rəşidlə tanış olması və onun sərdar Rəşidlə nahar süfrəsində oturub içməsi bizə qarşı düzələn bir sui-qəsdin zəminəsi demək idi.

Sərdar Rəşid sui-qəsdi əvvəlcə Tütünçüoğlundan başlamışdı, çünki o, Mahrunu özü ilə bərabər Təbrizdən aparmaq istəyirdi. Mahru isə Əsədə bağlandığı üçün Təbrizdən heç bir tərəfə getmək istəmirdi. Sərdar Rəşidin planları bundan ibarət idi: o, Tütünçüoğlunu polkovnik Berezovski vasitəsi ilə həbs etdikdən sonra həm Mahru azad olacaq, həm də kiçik işgəncələr nəticəsində Tütünçüoğlu gizli komitənin sirlərini açmağa məcbur olacaqdı. Bu məqsədlə sərdar Rəşid nahar əsnasında Berezovskinin qarşısına belə bir məktub qoymuşdu:

€Cənab polkovnik! Mən hökumət başından çəkildiyimə baxmayaraq, yenə də sabiqdə olduğu kimi, imperator hökumətinə olan nökərçilikdə davam edirəm. Hərgah mən indiyə qədər Təbrizdə çalışan gizli əlləri aşkara çıxara bilməmişəmsə, bunun da səbəbi çar konsulxanasından həqiqi köməklik ala bilmədiyim idi. Lakin buna baxmayaraq, yenə də bəzi sirləri öz kəşfiyyatçılarım və sadiq dostlarım vasitəsilə əldə edə bilmişəm. Mənə yetişən xəbərlərə görə Təbrizdə işləyən gizli təşkilatın rəhbəri xTütünçüoğlup ləqəbi ilə məşhur olan Əsəddir. Hərgah onu həbsə alıb bir az işgəncə vermiş olsanız, o bütün təşkilatı sizin əlinizə verə bilənə.

Sərdar Rəşid yenə də nicatını ruslarda arayırdı. Lakin sərdar Rəşid çar diplomatlarının vəfasızlığını indi-indi anlayırdı, çar diplomatları Rusiya mənfəətinə işləyən heç bir casusu xoşbəxt etmədiyi kimi, sərdar Rəşidi də xoşbəxt etmədilər.

Vəliəhd Təbrizə gələn gündən bəri çar konsulu sərdar Rəşidi tanımamağa başladı, çünki vəliəhdin sərdar Rəşiddən acığı gəldiyini konsul layiqincə bilirdi. Buna görə də vaxtilə çarın gözünün işığı sayılan bir namussuz hazırda çar konsulunun tamamilə yadından çıxmışdı, çar konsulu öz dostlarını vəliəhdin məiyyəti içərisində aramağa başlamışdı.

Hər halda Berezovski Tütünçüoğlunu həbsə almaq üçün əmr vermişdi. Buna görə də mən işləri sahmana salana qədər Tütünçüoğlunun gözə görünməməsini tapşırmışdım. Berezovski ilə fürsət tapıb danışmaq istəyirdim.

Biz son vaxtlar polkovnik Berezovskinin bir çoxlarını çar əleyhdarlığında töhmətləndirib tutduğunu və min tümən alıb buraxdığını eşitmişdik. Rus qarovul postlarının yanından keçənlərin, Culfa-Təbriz şose yolunda tutulanların hamısı Berezovskinin vasitəsilə müəyyən para müqabilində buraxılırdı. Çarın bu mahir rüşvətxoru özünün həyasızlığı ilə Təbriz tacirlərinin arasında zərbi-məsəl olmuşdu. Tacirlərin tamahkarlıqda məşhur olanlarına: «Sən lap Berezovskisən ki?b) – deyə təhqir edirdilər.

Hər nə olursa-olsun mən Tütünçüoğlunu bu macəradan qurtarmaq üçün rüşvətxor polkovniki görməli idim. Məşədi Kazım ağadan po!kovnikin nə kimi hədiyyə ilə maraqlandığını soruşdum. O, çar konsulunun təchizat işləri ilə məşğul olduğundan, Berezovski ilə hər gün və hər saat görüşə bilirdi, lakin Məşədi Kazım ağa vasitəsi ilə heç bir iş gömək olmazdı. O, çar rüşvətxoruna necə yanaşmağı bacarmazdı.

Bir axşam Məşədi Kazım ağa ilə söhbət etdiyim zaman o, Berezovskinin nə ilə çox maraqlandığının barəsində söhbət açıb:

– Ona yaxşı bir at lazımdır. Özü də ağ at olmalıdır, – dedi.

– Nə üçün ağ at?/ Başqa rəngdə olmazmı?

– Yaxşı bir ağ atı var idi, xəstələnib ölmüşdür, buna görə ağ at istəyir, çünki mənsub olduğu polkun atları da tamamilə ağdır.

Mən bir neçə gün tanış adamlar vasitəsilə harada yaxşı ağ at olduğunu soraqladım. Nəhayət, Qafqazlı Məşədi Hacıda gözəl bir at olduğunu xəbər verdilər. Dalınca adam göndərib çağırdım. O, çox məmnuniyyətlə atı bizə hədiyyə verməyə hazır olduğunu söylədi və bu təklifin «təbrizli təklifə olmadığını da əlavə edərək, bizi güldürdü. O, məşhur araba işlədən Məşədi Hacı idi. Səttar xan zamanında inqilaba xidmətləri olmuşdu.

Atı gətirdilər, doğrudan da, at Təbrizdə misli görünməyən bir at idi: bu atın vasitəsilə Berezovskini ələ almaq mümkün olacaqdı.

At bizim əlimizə çatandan bir gün sonra mən Berezovskidən bir məktub aldım, o məni öz yanına çağırmışdı. Səhər saat 11-də mən Məşədi Kazım ağanın faytonuna oturub onun yanına getdim. Onun qapıçısı mənim gəldiyimi ona xəbər verdi, az sonra məni qəbul etdi. İçəri girib salam verdim və papağımı götürüb, oturmaq üçün onun icazəsini gözləyirdim.

Berezovski mənim üzümə baxıb, çox mülayim bir surətdə:

– Rica edirəm, hərgah mənə nisbət bir xidmətiniz varsa, bir az səbir ediniz. Bir nəfər iranlı tacir vardır, onunla görüşəndən sonra sizi qəbul edərəm, – mən üzr istəyərək, dışarı çıxdım. Mənim dalımca o, soldatını çağıraraq, taciri içəri buraxmağı əmr etdi. Soldatın ona nə dediyini bilmədim, ancaq bir neçə saniyədən sonra Berezovskinin dalımca dəhlizə çıxdığını gördüm. O mənim qolumdan tutaraq:

– Buyurun, - deyə kabinetə apardı. Oturduq, yenə də səmimi söhbətlərə başladı və ailəsinə xidmət göstərdiyimdən razılıq etməklə bərabər dedi:

– 14-cü ildə türklər Təbrizə gəldiyi zaman böyük bir fəaliyyətlə Təbrizi müdafiə etdiyinizi mən də bilirəm, lakin təəssüf edirəm ki, qardaşınız sizin göstərdiyiniz xidmətlərin əksini göstərir. Onun gizli fəaliyyəti bizim hərbi dairələrin ciddi cəza tədbirləri görməsinə səbə» olur.

Mən bir papiros yandırmaq üçün icazə istədikdə o, qutusunu mənə uzatdı, mənsə təşəkkür edərək öz papirosumdan birisini yandiri» ona sual verdim:

– Mənim qardaşımın xain olduğu haqqında cənab polkovnik təhqiqat apartdırmışdırmı?

– Xeyr, – polkovnik dedi. – Çünki onu tapa bilmirik.

– Məncə, təhqiqatı həbs etdirmədən qabaq aparmaq lazımdır. Məncə, bu da çətin deyil, Bir kərə mənim qardaşımın xain olduğunu xəbər verən adamdan isbat və vəsiqə soruşmalısınız. Bunu soruşmusunuzmu?

– Xeyr! Bunu xəbər verən elə bir adamdır ki, vəsiqə və isbat soruşmağa haqqımız yoxdur.

– Siz bu xəbərin şəxsi-qərəzlikdən doğmadığını haradan bilirsiniz?

– Bəs siz bunun şəxsi-qərəz olduğunu nə ilə isbat edə bilərsiniz?

– Mənim qardaşının barəsində sərdar Rəşiddən başqa heç bir kəs bu iftiranı toxuya bilməz, çünki mənim qardaşım onun öz bacısına evlənməsinə mane olur.

Polkovnik bu sözləri eşidərkən qalxıb bir də oturdu və sürətlə sual verdi:

– O bacısına evlənir?

– Onun evindəki qız vaxtı ilə Abşeron alayının rəisi mərhum Smirnova ərə getmişdi. Smirnovdan sonra qız mənim qardaşımı sevir, sərdar Rəşid isə qıza mane olur və onsuz yaşaya bilməyəcəyini söyləyir. Qız onun bacılığıdır, bunu qızın özü söyləyir, lakin bütün Təbriz qızı onun doğma bacısı hesab edir. Hazırda o qızı özü ilə bərabər Tehrana aparmaq istəyir. Qıza gəldikdə, o mənim qardaşımı buraxıb getmək istəmir. Mən sizdən çox rica edirəm ki, ondan sübutlar tələb edin, hərgah o bunu isbat edə bilərsə, mən öz əlimlə qardaşımı gətirib sizə təslim edə bilərəm. Bizi konsul cənabları da çox yaxşı tanıyır, o, Təbrizdə ancaq bizə inanır.

Berezovski bir az düşündükdən sonra:

– Mən sizə inanıram. Sərdar Rəşid şərəfsiz adamdır... O, çar hökumətinə xain olan alçaq bir adamdan daha alçaqdır, çünki çar hökumətinə xain olan hər bir kəs, onu öz vətəninə bir xidmət hesab edir, lakin sərdar Rəşid kimi adamlar öz məmləkətinin xainidir, yalan xəbər verən adam isə daha da alçaqdır.

– İndi siz mənə inandınız ki?

– İnandım. Lakin bunu sərdar Rəşidə eşitdirməməlisiniz.

– İndi cənab polkovnik buyursun görək, məni nə üçün çağırmışdır?

– Mənim alayımın atları tamamilə ağ atlardır, mənim özümün də gözəl bir atım var idi, xəstələnib öldü, çoxdan bəri bir at axtarırdım. Məşədi Kazım ağa sizdə gözəl bir at olduğunu mənə xəbər verdi. Bizim ruslarda belə bir qayda vardır: iki şeyi istəmək yaxşı deyil. Onlardan birisi sevgili at, ikincisi isə halal arvaddır. Bunun üçün də üzr istəyirəm, hərgah siz atbaz deyilsinizsə, ata həvəsiniz yoxdursa, o atı mənə satın.

– Bizim müsəlmanlarda da gözəl bir xasiyyət vardır. Onlar gözəl atı ancaq yaxşı dostlarına rəva görərlər, – dedikdə o qalxıb əlimi sıxdı və:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci iclas

Səhər erkən qalxmışdım. Hüseynəli əmi bizdən də tez yuxudan durub həyəti sulamaqda idi. Mən ona bir məktub verərək Mirzə Əhməd Süheylinin evinə gördərdim. Məktubda evdə oturub məni gözləməsini yazmışdım. Çünki başqa yerdə iclas etmək mümkün deyildi. Hacı Əli, Abasəli qəndfüruş və başqa inqilab rəhbərlərinin qapısında xəfiyyələr dolaşdığından o tərəflərə dolanmaq mümkün deyildi.Səhər çayını Mirzə Əhmədin evində içməli idik. Hüseynəli əminin samovarı hazırlamasına baxmayaraq, biz Əlekbər yoldaşla birlikdə Mirzə Əhmədin evinə getdik.

7 мин
Nina ilə ikinci görüş

Nina məni bir saatdan bəri gözləyirmiş, mən içəri girdikdə o, gözlərinə inanmayan bir adam kimi üzümə baxdı və əllərini üzünə tutdu. Nina daima ağlamaq istədikdə əllərini üzünə tutardı, bunu Təhminə xanımın qızları da bilirdi, bunun üçün də Nina əllərini üzünə tutarkən Təhminə xanımın qızları dışarı çıxdı.Nina ağlayırdı, mən onun əllərini üzündən çəkdim, saçlarını oxşamağa başladım. Bu oxşamadan aldığım səmimi hislər vücudumun hər yerinə yayıldı.

5 мин
İraida

Bu gün iş günü olmadığından Nina ev işləri ilə məşğul olaraq, heç bir yerə getməmişdi. Nina mənə İraidanın haqqındakı fikrini tamamilə söylədi. Bu gün yenə də İraida Ninanın görüşünə gəldikdə o, Məcidi vannaya salıb çimdirir və onunla əylənirdi. İraida başını tərpədib, istehzalı bir nəzərlə Ninaya baxdı və masanın üzərindəki albomu götürüb vərəqləməyə başladı.Məcid çimdirilib qətfəyə büründü. Təhminə xanım onu geyindirmək üçün otağa apardı.

5 мин
Səttar xana məktub

Səttar xanın evi çar casusları tərəfindən ciddi nəzarət altına alınmış olduğundan onunla tez-tez görüşmək olduqca qorxulu idi. Hətta Səttar xanın evinə şey aparan hamballar da istintaq altına alınırdı.Bala Tağının evində toplaşan iclas Səttar xana bir məktub göndərmək və məktub vasitəsilə bəzi məsələləri həll etməyi qərara almışdı.

7 мин

Стихи других поэтов