Страница 2 из 2 · 50%

– Ümidvaram ki, biz səmimi dost olacağıq, – dedi, – Ancaq atın qiymətini buyurmalısınız.

Mən:

– Cənab polkovnik, hədiyyə veriləni ancaq hədiyyə verərlər. Bu atı bir nəfər dost mənə hədiyyə vermişdir. Mən də onu bir nəfər dostuma hədiyyə verirəm. Bu saat kağız verim gedib atı gətirsinlər,

– deyə qələmi götürüb bloknotumun səhifəsində yazdım. €Bu kağızı gətirən soldatla mənim ağ atımı göndərin. Əbülhəsənbəyəp.

Kağızı polkovnikin soldatına verdim, bu zaman polkovnik Brezovski də mənə bir kağız uzatdı:

€ Əbülhəsənbəyin qardaşı Əsəd haqqında verilən xəbərlərin əsli olmadı, Əsəd hər cür həbs və cərimədən azaddır.

10 aprel 1916

P.Berezovskib.

Tütünçüoğlü Əsədin azad dolanması və onun sərdar Rəşidin evinin ətrafında görünməsi sərdar Rəşidin düzəltdiyi macəranın baş tutmamasını ona göstərdi. Sərdar Rəşid bu macəradan ümidini kəsdikdən sonra Mahrunu xalxallı Əmir Əşairin qaynı Mükərrəmisoltana vermək və rus casusu olan bu qolçamağın himayəsi ilə özünü düşdüyü həqarətdən qurtarmaq istədi.

Lakin Mükərrəmisoltan qızın Əsəd Tütünçüoğluna nişanlı olduğunu və Əsədin bizimlə yaxın münasibətdə olduğunu eşitdiyi üçün sərdar Rəşidin təklifini qəbul etmədi.

Həmin bu günlərdə sərdar Rəşid telefon edib mənimlə görüşmək istədiyini söylədikdə, «vaxtım yoxdur?, deyə onu rədd etdim.

Sərdar Rəşid Mahrunun Əsədlə görüşməsinə daha maneə törədə bilmirdi. Əsəd hər gün telefon edib Mahrunu çağırır və Məşədi Kazım ağanın faytonu ilə şəhərdə gəzməyə aparırdı. Bəzən Mahru Ninanın evində də gecələyirdi, sərdar Rəşid isə ancaq onun bizdə olub-olmadığını soruşmaqla kifayətlənirdi.

O qaçacaq idi, lakin onun Tehrana qaçması bizi məhv edə bilərdi, çünki o, Təbrizdə olan bütün işləri rus səfirinə xəbər verəcək və bununla da öz mövqeyini bərpa etməyə çalışacaq idi, buna görə də gizli komitədə onu məhv etməyi qərara almışdıq. Lakin Təbrizdə yox, çünki onu Təbrizdə məhv etmək ruslara meydan oxumaq kimi məna edilə bilərdi, onda çar konsulu təbrizlilərin rus casuslarını terror etdiklərini bəhanə edib cəza tədbirləri görə bilərdi. Buna görə də onun Təbrizdən çıxmasını gözləyirdik. Gecə-gündüz qapısına qarovul qoymuşduq. iki nəfər atlımız daim səfərə hazır idi. Sərdar Rəşid hansı tərəfə getsəydi, atlılarımız onun dalısınca gedəcək və mənzillərin birisində onu edam edəcəkdi.

Aprelin on beşində sərdar Rəşidin qapısında qarovul duran Cümşüd telefonla xəbər verdi ki, gecə saat 11-də sərdar Rəşidin evindən bir çarşablı qadın faytona oturub getdi.

Mən bu telefonoqrammanı alan kimi sərdar Rəşidin evinə telefon etdim, azdan sonra Mahru telefona gəlib danışdı, mən ona sual verdim:

– Sərdar Rəşid evdədirmi?

– Xeyr, evdə deyil, bir saat əvvəl konsulxanaya gedəcəyini söylədi.

– Sizin evinizlən çarşablı qadın çıxıb faytona oturmuşdurmu?

– Nə bu gün, nə də dünən bizim evimizdə qadın olmamışdır.

– Sənevi yaxşı nəzərdən keçir, evinizdən bir nəfər çarşablı qadın faytona oturub getmişdir.

– Səbir edin, yoxlayım!

Mən telefonda on beş dəqiqəyə qədər gözlədim, nəhayət, Mahru telefona gəldi və:

– Xain qaçmışdır! O məni çarşabımı örtüb getmişdir. Özü ilə bərabər ingilis və Amerika kağız pullarını götürüb aparmışdır. Stolun üstündə məktub qoymuşdur, faytonu göndərin bu saat məktubu gətirim.

Mən Məşədi Kazım ağanın faytonunu təcili surətdə Əsədlə bərabər göndərdim, bir saatdan sonra Mahru gəlib, sərdar Rəşidin yazdığı məktubu gətirdi:

«Əzizim Mahru! Mən heç vaxt səni başlı-başına qoyub getmək istəməzdim. Lakin ətrafımı düşmənlər aldığı zaman sən də onlara qoşuldun, sən də mənim məhvimə çalışanlarla əlbir çalışmağa başladın, buna görə də mən Təbrizdə qala bilmədim.

Mən evdən ancaq bir qədər kağız pul götürdüm, hər bir şey öz yerindədir. Sənə vəsiyyət edirəm: hər kəsə ərə gedirsən get, lakin o quldur dəstəsinin fəal bir üzvünə ərə getmə, çünki mən onları rahat buraxmayacağam, onlar mənim səadətimi, rütbə və mövqeyimi əlimdən aldılar, mən də onları məhv etmək üçün gedirəm. Xoşbəxt olmaq istəyirsənsə, ona ərə getmə! Onları böyük bir fəlakət gözləyir, mən Tehranda özümə köməkçi tapa bilərəm. Ev-eşikdən göz-qulaq ol! Ərdəbilli nökərlərə etibar etmə! Tezliklə məktubumu alarsan, o zaman sənin də təklifin müəyyən edilərə.

Məsələ aydın idi, sərdar Rəşid Tehrana qaçmışdı. Onu təqib etmək lazım idi. Cümşüd və Fəraməzi çağırdım, onların hər ikisi sərdar Rəşidin işini bitirməyi bacarardı, onlara çox qısaca tapşırdım:

– Hərgah sərdar Rəşid Tehrana gedə bilsə, onu Tehranda da məhv etməlisiniz! – dedim.

Onların atları yəhərlənmişdi, hər bir şey hazır idi, gecə saat 2-in yarısında xurcunları atların tərkibinə salıb yola düşdülər. Mahru dərin və azad bir nəfəs aldı, mənim onu tanıdığımdan bu günə qədər birinci kərə olaraq qaşlarını gözlərinin üstündən qaldırdığını və ətrafına baxdığını gördüm. O ağlaya-ağlaya mənə sual verdi:

– Mən öz azadlığıma inana bilərəmmi?

– İnana bilərsən, sənin on ildən bəri gördüyün həqarətlər bu saatdan etibarən bitmiş oldu. Mahru bacı, sənə verdiyimiz vədələr yalan deyildi, sən özün azad oldun, bundan sonra da bütün İran qadınlarının azadlığı yolunda çalışmağı öhdənə götürməlisən.

Mahru sevindiyindən hönkür-hönkür ağlayırdı. O öz sevgili əri Smirnov öləndə və sərdar Rəşid tərəfindən birinci dəfə təhqir olunanda belə ağlamamışdı, lakin azadlıq xəbəri onun başının çanağında illərdən bəri yığılıb qalmış çeşmənin qapısını açdı və mən bu zaman azadlığın nə qədər qiymətli olduğunu bir daha hiss etdim!

Nina da Mahrunun qara saçlarını sığalladığı zaman ağlayırdı. Tütünçüoğlu Əsəd isə ayaq üstündə durub baxır və düşünürdü.

Mən vəziyyəti dəyişmək istədim və Mahruya sual verdim:

– Sən o evdə qalmaq istəyirsənmi?

– İndi və yainki gələcəkdə?

– Xeyr, gələcəkdə.

– Onun varisləri vardır, mənim ona varis olmaq səlahiyyətim yoxdur.

– Onda hər bir ehtimala qarşı hazırlanmalısan.

Mahru mənimnə demək istədiyimi dərhal hiss etdi və cavab verdi:

– Şübhə yoxdur ki, bir hadisə baş verdikdə onun varisləri məni evdən çıxaracaqlar.

– Mənim dediyim budur, sabahdan etibarən onun nökərlərinin və ev xidmətçilərinin maaşlarını verib hamısını buraxasan, çünki onlar evdə qaldığı təqdirdə sən heç bir iş görə bilməzsən. Sözümü anladın ki?

– Bəli, anladım.

– İndi bu saat Təhminə xanım ilə bərabər faytona oturub gedin, nə qədər ki, nökərlər oradadır, Təhminə xanım sizdə qalsın, sonra vəziyyəti təyin edərik.

Saat 2-də Tütünçüoğlu onları faytona qoyub evlərinə yola saldı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci iclas

Səhər erkən qalxmışdım. Hüseynəli əmi bizdən də tez yuxudan durub həyəti sulamaqda idi. Mən ona bir məktub verərək Mirzə Əhməd Süheylinin evinə gördərdim. Məktubda evdə oturub məni gözləməsini yazmışdım. Çünki başqa yerdə iclas etmək mümkün deyildi. Hacı Əli, Abasəli qəndfüruş və başqa inqilab rəhbərlərinin qapısında xəfiyyələr dolaşdığından o tərəflərə dolanmaq mümkün deyildi.Səhər çayını Mirzə Əhmədin evində içməli idik. Hüseynəli əminin samovarı hazırlamasına baxmayaraq, biz Əlekbər yoldaşla birlikdə Mirzə Əhmədin evinə getdik.

7 мин
Nina ilə ikinci görüş

Nina məni bir saatdan bəri gözləyirmiş, mən içəri girdikdə o, gözlərinə inanmayan bir adam kimi üzümə baxdı və əllərini üzünə tutdu. Nina daima ağlamaq istədikdə əllərini üzünə tutardı, bunu Təhminə xanımın qızları da bilirdi, bunun üçün də Nina əllərini üzünə tutarkən Təhminə xanımın qızları dışarı çıxdı.Nina ağlayırdı, mən onun əllərini üzündən çəkdim, saçlarını oxşamağa başladım. Bu oxşamadan aldığım səmimi hislər vücudumun hər yerinə yayıldı.

5 мин
İraida

Bu gün iş günü olmadığından Nina ev işləri ilə məşğul olaraq, heç bir yerə getməmişdi. Nina mənə İraidanın haqqındakı fikrini tamamilə söylədi. Bu gün yenə də İraida Ninanın görüşünə gəldikdə o, Məcidi vannaya salıb çimdirir və onunla əylənirdi. İraida başını tərpədib, istehzalı bir nəzərlə Ninaya baxdı və masanın üzərindəki albomu götürüb vərəqləməyə başladı.Məcid çimdirilib qətfəyə büründü. Təhminə xanım onu geyindirmək üçün otağa apardı.

5 мин
Səttar xana məktub

Səttar xanın evi çar casusları tərəfindən ciddi nəzarət altına alınmış olduğundan onunla tez-tez görüşmək olduqca qorxulu idi. Hətta Səttar xanın evinə şey aparan hamballar da istintaq altına alınırdı.Bala Tağının evində toplaşan iclas Səttar xana bir məktub göndərmək və məktub vasitəsilə bəzi məsələləri həll etməyi qərara almışdı.

7 мин

Стихи других поэтов