Süruri-xəlvət Hüseynqulu xan
Страница 5 из 5 · 80%
Mən Hacı Səməd xanın doyduğunu görüb, əlimi saxlayıb durdum, o isə bunu hiss edərək:
– Əlhəmdülillah! – deyərək belini qaldırdı, qapının qabağında duran xidmətçilər isə gəlib məcməyiləri apardı, mən yenə də aşpazin və xidmətçilərin cəzasız qalacağına təəccüb etdim. Lakin sonradan yadıma düşdü ki, bu gecə cümə axşamı idi, ümumiyyətlə, Şərq hökmdarları və Şərq feodalları cümə axşamları heç kəsi cəzalandırmazlar.
Mən gecə saat dörddə Hacı Səməd xanın avtomobili ilə evə qayıtdım.
Evdə hamı oturub məni gözləyirdi. Balaca Məcid belə məndən nigaran qalmışdı, çünki Nizamüddövlə bağına gedənlərin, hər kəs olursa-olsun, haqqında nigaran qalmamaq və narahat olmamaq mümükün deyildi. Onlar məni şam yeməyi üçün də gözləmişdi. Gecə saat beşdə ulduzların şəfəqi söndüyü və dan ulduzu parlamağa başladığı vaxt biz də: «Gecəniz xeyrə qalsın», – deyə Ninadan və Məciddən ayrılıb Ələkbər yoldaşla bərabər yatmağa getdik. Lakin mən bir dəqiqə də olsun yatmadım. Təbrizdə başlanmış təzə macəranı öyrənmək üçün nə qədər düşünürdümsə, yenə bir çarə tapa bilmirdim. Mən belə zamanlarda Hüseynəli əmi və yainki onun arvadı Səriyyə xala ilə vaxtımı keçirər və fikrimi qismən dincəltmək istərdim.
Yerimdən qalxdım, yuyunub həyətə çıxdım. Nazik qar düşmüşdü. Hüseynəli əmi əlində süpürgə qarları təmizləyir və alnının tərini silirdi, yorulmuşdu. Nədənsə bu gün Səriyyə xala da onun köməyinə gəlməmişdi, çünki hər gün həyəti yığışdırıb yorulduğu zaman, Səriyyə xala gəlib onun əlindən süpürgəni və kürəyi alıb işə məşğul olar, Hüseynəli əmi isə çubuğunu doldurub çəkməyə başlardı.
Hüseynəli əmi məni görən kimi adəti üzrə gəlib:
– Sabahınız xeyir! – dedi, – Nə üçün belə tezdən durdunuz? Ge- «əni də ki, çox gec gəlmişsiniz.
– Bəli, Hüseynəli əmi, yuxu məni aparmadı.
O bu sözlərdən sonra süpürgəni divara söykədi, həmişə olduğu kimi qurşağından asdığı və ucunu arxalığının cibinə saldığı qısa çubuğunu çıxardı.
Əvvəlcə çox ehtiyatla çubuğun başından məftil badgiri" götürdü. Çubuğun başından nazik bir zəncir vasitəsilə asılmış olan dəmir mili götürüb çubuğun başını qurdaladı, yanıq tənbəkini onun ucu ilə təmizləyib yerə tökdü, sonra çubuğu bərkdən piləyib nəfəs verib-verməməsini yoxladı və belindəki göy rəngli dəsmal ilə çubuğun özünü və başını o ki lazımdır təmizlədi.
Çubuğu sağ tərəfindən asılmış tənbəki kisəsinə salıb bir-iki kərə o tərəf-bu tərəfə dolandırdı, çıxarıb barmağı ilə bərk-bərk basdı və sivirib artıq tənbəkini kisəyə tökdü, yenə də dartıb kisənin ağzını bağladı və yanına buraxdı.
Mən oturub diqqətlə tamaşa edirdim. Çoxdan bəri buna adət etmişdim. Nədənsə o öz çubuğunu kibritlə yandırmazdı. O, çubuğu hazırlayıb divara söykəmək istədiyi zaman mən alıb saxladım, çünki bəzən o çubuğu divara söykədiyi zaman çubuğun dağıldığını görmüşdüm, bu kimi hallarda Hüseynəli əmi çubuğu təzədən doldurmaq üçün yarım saat artıq vaxt sərf edirdi, bu isə onun çubuğa olan marağını söndürürdü.
Çubuğu saxladım, o əlini aparıb börkünün təpəsindən bir parça qov çıxardı və yanından asılan dəri kisənin içərisindən çaxmağı və daşı götürüb qovu odladı, çubuğun başına qoydu, tənbəkinin üstünə oturması üçün yastı bir dəmirlə də basıb sonra badgiri üstünə taxdı və kamal-ləzzətlə nəfəs vurmağa başladı.
Mən ona sual verdim:
– Hüseynəli əmi, nə üçün çubuğunuzu kibritlə yandırmırsınız?
– Çünki kibrit tənbəkinin ləzzətini aparır, bir də budur ki, kibrit müsəlman əlindən çıxmır.
Nina da bizim səsimizi eşidərək, isti paltarını geyinib həyətə çıxdı və çıxan kimi də Hüseynəli əmiyə belə bir sual verdi:
– Bəs Səriyyə xala hanı? Nə üçün bu gün sizə kömək etməyə çıxmamışdır?
Hüseynəli əmi bu sualdan güldü və mənim üzümə baxdı. O, sanki bu baxışla mənə sual verirdi, çünki o, çox baməzə qoca idi, zarafat etməyi və lətifə söyləməyi çox sevərdi.
Mən onun nə məqsədlə gülüb, mənə baxdığını hiss etdim və göz işarəsi ilə «başla) dedim.
Nina onun təxirini görərək bir daha sual verdi:
– Yəqin ki, onu çox sevirsiniz, onun üçün də çox yatıb rahat olmasını istəyirsiniz, belədirmi?
– Bəli, belədir, özünü yox, yatmasını sevirəm. O durub mənə kömək edəndə yalnız əllərim dincəlir, amma yatıb səsi çıxmadığı zaman bütün bədənim, fikrim, ruhum da dincəlir. Onun üçün də deyirəm qoy yatsın, onlar bundan ötrü də yaranıblar.
– Görünür ki, aranızda bir ixtilaf çıxıbdır.
– Yaxşı, arvadın özü başdan-ayağa ixtilaf deyildirmi?
Nina yenə də soruşdu:
– Bəs nədəndir ki, başqa kişilərlə başqa arvadların arasında ıxtilaf yoxdur?
Hüseynəli əmi:
– Onların ya ikisi də kişidir, yainki ikisi də arvaddır, – deyə, cavab verdi və sözü özünə xoş gəldiyi üçün bərkdən güldü. Mən onun yaxasından əl çəkmədim:
– Deyin görüm, bu gün Səriyyə xala nə üçün həyətə çıxmamışdır?
– Bir az dalaşmışıq, – dedi, – xanımın xatirinə toxunmuşam, onun üçün bu gün köməyimə gəlməmişdir, qoy gəlməsin.
– Nə üçün dalaşırsınız? Siz ki, mehriban yoldaşlarsınız.
– Bəzən arvadlığına salır, özü məni buna məcbur edir, özünə lazım olmayan işlərə qarışır, məni acıqlandırır.
– Nə kimi işlərə qarışır?
– Xəyalım vardır ki, bu il ağa qulluğuna gedim.
– Yoxsa bu ağanın xidmətindən çıxıb başqa ağanınmı yanına getmək istəyirsiniz? Məncə, bu yaxşı iş deyil, Məşədi Kazım ağa sizi bir xidmətçi kimi yox, özünün ən yaxın bir adamı kimi saxlayır, nə üçün də başqa yerə gedirsiniz?
– Yox, siz məni anlamadınız, mən İmam Hüseyn qulluğuna getmək istəyirəm, çünki yaşım keçmişdir. Kərbəla qulağımın dibində ola-ola mən bir dəfə də ziyarətə getməmişəm. Məndən əskikləri bir neçə kərə gedibdir. Elə pinəçi Nəcimi götürəndə dörd kərə İmam Hüseyn, bir kərə də İmam Rzanın qulluğuna gedibdir. Başmaq qoyan Zülfüqarı, təndirçi Kəblə Məhəmmədi, saqqal Qulamı, tabaqçı Qafarı götürəndə hər birisi neçə kərə ağaların ziyarətinə gedibdir. Amma bu zalımın qızı mənim getməyimə mane olur. Nə var, nə var ki, qışdır, sənə soyuq dəyərə. Siz Allah, heç bunun sözə dəxli var?
– Hüseynəli əmi, qış zamanı yola çıxmağınızı mən də məsləhət görmürəm. Səriyyə xala haqlıdır. Qoca adamsan, gedərsən, yolda soyuq dəyər, başına bir iş gələr. İndi ki, pulun vardır, ziyarətə də getmək istəyirsən, saxla yaxşı bir vaxtda get.
Hüseynəli əmi güldü:
– Mən isti düşəndə iyirmi tüməni haradan tapıb ziyarətə gedə biləcəyəm?
– Bəs qışda haradan tapacaqsan?
– Eşitmişəm ki, Kərbəlaya gedənlərə pul verirlər.
– Ola bilməz, Hüseynəli əmi!
– Hər şey ola bilər. İmam əleyhüssəlamın səfayi batinindən nə üçün də ola bilməsin?
– Doğrudur! İmamın dövlətindən hər şey ola bilər.
– Belə hal İndi ki, ola bilər, daha nə üçün şəkk gətirirsiniz? Bir çoxları öz yol xərcliyini alıb, yol başmaqlarını tikdirib, qumqumasını? alıb yola düşməyə hazırlanır.
– Bu pulu harada verirlər?
– Onu öyrənəcəyəm. Dünən cümə axşamı olduğu üçün Seyid İbrahim məqbərəsinə ziyarətə getmişdim. Tayqulaq Kəblə Novruza rast gəldim, o dedi ki, bacım oğlu Hüseynqulu, öz gözü ilə Qurbanın 20 tümən ziyarət pulu aldığını görübdür. Mən onlardan naməlum adam deyiləm ki?1 Onlara 20 tümən verəndə mənə 30 tümən verərlər. Özüm mömin adam, bir dəfə olsa da namazımı qəzaya qoymamışam, ömrümdə bir gün oruc yediyim də yoxdur, səkkiz yaşımdan başlayıb Allahın borcunu verirəm.
VSu daşıyan.
2 Qumquma - dəmirdən qayrılmış su qabıdır. Kərbəlaya gedənlər onu su ilə doldurub yanlarından asarlar və su çətin tapılan yerlərdə işlədərlər.
– Doğrudur, – dedim və Hüseynəli əmi ilə vidalaşıb içəri girdim.
Hüseynəli əminin sözlərindən qəti bir nəticə çıxara bilməsəm belə, Təbrizdə dini bir təşkilatın düzəlməsi haqqında qənaət hasil etdim. Hüseynəli əminin söhbətləri mənə böyük bir xəyanətin izlərini nişan verirdi.
Səhər çayı hazır idi, hamı mənim otağıma yığışmışdı, Məşədi Kazım ağa da öz arvadı ilə bərabər çay üçün yağlı çörək və dadlı yeməklər götürüb gəlmişdi.
Məşədi Kazım ağa yenicə oturmuşdu, qapının çaxçağı vuruldu, azdan sonra Mahru xanım gəldi. Onun və Məşədi Kazım ağanın arvadının səhər çayında iştirak etməsi yuxusuzluqdan aldığımız kəsaləti tamamilə rədd etdi.
Mahru xanımın dediyinə görə keçən gecə Rəşidülmülkün evində Sultanüzzakirin, Misbahüzzakirin, Misgəroğlu Molla Məhəmməd, Hacı Molla Mehdi və sairlərinin iştirakı ilə uzun bir müşavirə olmuş imiş.
Mən heç də düşünmədən və fikirləşmədən Məşədi Kazım ağaya müraciətlə:
– Sabahdan etibarən öz evlərini lazımınca pərgarlarsan.
– Nə üçün?
– İmam Hüseyn təziyəsi saxlamağın lazımdır.
Məşədi Kazım ağa təəccüblə gözlərimin içinə baxaraq dedi:
– Deyəsən axı məni sərimisiniz?
– Sənin başın üçün sərimək-zad yoxdur. Gərək elə bir hazırlıq görəsən ki, bütün Təbrizdə misli görünməsin, elə hazırlıq görəsən ki, Hacı Səməd xan və konsula layiq olsun.
– Sən öləsən, heç başıma girmir, siz hara, İmam Hüseyn təziyəsi hara?
– Sonra bu barədə danışarıq, ancaq siz işinizdə olmalısınız!
– Dadaşın canı üçün elə bir cəlal düzəldim ki, Təbriz xalqı o cəlalı vəliəhd təkyəsində də görməmiş olsun. Amma heç də inana bilmirəm...
– İnanın, bu mənim üçün lazımdır. Mərsiyəxanlardan Sultanüzzakirin, onun şagirdi Misbahüzzakirin, Molla Məhəmməd Misgəroğlu, Hacı Molla Mehdi və sairlər iştirak etməlidir.
Məşədi Kazım ağa Sultanüzzakirinin oxumasına etiraz edərək:
– Hələ başqalarına sözüm yoxdur, – dedi, – Sultanüzzakirinin əks-inqilabçı olduğunu ki, bilirsiniz, Misbaha gəlincə, o da Təbrizin məşhur lotusudur, peşəsi sərxoşluq və əxlaqsızlıqdır.
Mən əlimi onun çiyninə qoyaraq dedim:
– Mənim dostum, insan əks-inqilabçı, lotu, fırıldaqçı əxlaqsız olmasa, mərsiyəxan ola bilərmi? İnsanı ağlatmaq və pul almaq nə deməkdir? Lakin xalqın əleyhinə düzələn böyük bir fırıldağı öyrənmək və ifşa etmək üçün bu fırıldaqçıları bir yerə toplamaq lazımdır. Düzəldəcəyin təziyə məclisi olduqca zəngin və təntənəli keçirilməlidirl
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-sururi-xelvet-huseynqulu-xan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Raya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. Çünki onu örtülü faytonda və görmədiyi küçələrlə aparırdılar. Raya fayton atlarının inildəyərək yoxuşa dırmandığını görürdü.Raya faytonda təkcə oturmuşdu. Faytonun sağ-solunda iki başqa fayton da gedirdi. Bunlar, Rayanı həbs etməyə aparan Bakı qoçularının faytonları idi.
XIV. Sui-qəsdlərin vahid cəbhəsiİyul ayının 25 və 26-da davam edən tarixi iclas bu gecə öz qəti qərarını verəcək idi.Son iclasda özlərini necə aparmaq üçün dillişmək istəyənlər Elçiyanın evinə toplanmışdı. Bu iclas menşevik, eser və daşnaqların bolşeviklərə qarşı düzəltdiyi sui-qəsdin vahid cəbhəsi idi. Bu iclasdakılar İngiltərə imperializminin komandası ilə Şaumyana qarşı çıxışa hazırlaşırdılar.
XV. Biçeraxov cəbhədən çəkilirBolşeviklərin tələbi nəticəsində buraxılmış erməni milli soveti, bolşeviklərin iş başından çəkilməsi ilə yenə də fəaliyyətə başladı və açıq iclas açmağa cəsarət etdi. Bu gecə Araratyanın evində toplanmış milli sovet bolşeviklərdən sonra düzələn hökumətdə necə iştirak etmək məsələsini müzakirəyə qoymuşdu.Ester bu iclasa çox böyük diqqət verirdi. Çünki burada bolşeviklərin süqutu məsələsi danışıldıqda, Ester öz sevgilisi Vahanın da bədbəxt olacağından qorxurdu. Ester bolşevik hökumətinin süqutunu öz talesizliyi kimi hesab edir və bu barədə düşünürdü.
XVI. Raya qaçdıDivar saatı gecə saat bir zəngini təzəcə vurmuşdu. Bu gecə nədənsə Raya xanımın şam yeməyi çox uzun çəkdi, balkonun o biri tərəfində duran gözətçi qoçunun səbri tükənmişdi. Raya qarşısına qoyulan yeməklərdən başqa yenə xörək tələb edirdi. Əminə onun tələblərini yerinə yetirir və özü də onunla bərabər oturub söhbət edir və yeyirdi.Nəhayət, qoçu Əminəni səsləyərək:
Стихи других поэтов
Ustalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
Kimdən öyrəndinOğrun-oğrun daldalardanBaxmağı kimdən öyrəndin?
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,