Baş başdır, düşünür, ayaq ayaqdır,Ayaq hər canlıya böyük dayaqdır.Bunların hər biri gərəkdir, gərək,Mübahisə edən yoxdur bu haqda.

Şərhə nə ehtiyac, bilirik bunu,Baş başda dayanır, ayaq ayaqda...Yerini bilməyən xamdır, naşıdır –Hər kəs öz yerini bilsə yaxşıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов