FilosofŞair filosof tək durub, düşünüb,Uzaq üfüqləri görsə yaxşıdır.

ŞairFilosof dostlar da hər müddəanı,Şeriyyət diliylə versə yaxşıdır.

FilosofHəyat öyrəndikcə şair özgəyə,Dərsini həyatdan alsa yaxşıdır.

ŞairFilosoflar dönüb şair oluncaŞairlər filosof olsa yaxşıdır.

MüəllifYox, yox! Əzizlərim əbəs yerə sizMətləbi uzadıb səhv edirsiniz.Cəbhə bir olduqda, yol bir olduqda,Bunlar bir-birinə tamam oxşayır,Dünyanı, insanı dərk edən, sevənŞair filosofdur, filosof şair.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов