قوت نفس را مقاماتستسر آن معجز و کراماتست

Nəfsin qüvvətinin məqamları var,Kəramət, möcüzdür əvvəli aşkar.

نفس چندانکه هست بالاتردر کرامات و کشف والاتر

Nəfs yüksək olarsa nə qədər əgər,Kəşf, kəramət də olar o qədər.

از کدورت دلت چو گردد دوررختت از ظلمت آورند به نور

Qəlbin uzaq olsa hər küdurətdən,Varın nura gələr onda zülmətdən.

غیب دان جز به نور نتوان شدوقت بین بیحضور نتوان شد

Sən qeybi nur ilə bilərsən ancaq,Vaxtı hüzur ilə bilərsən ancaq.

دل در آن نور چون مقیم شودحرکات تو مستقیم شود

Elə ki, ürəyin nurda yurd salar,Onda hərəkətin düz, doğru olar.

باشدت حکم بر وجود و عدملیک بیحکم بر نیاری دم

Vücuda, ədəmə hökm edərsən sən,Ancaq hökm etməzsə, nəfəs çəkməzsən.

خواهشت چون برای او باشدتو نباشی، رضای او باشد

Xahişin onunçün olarsa ancaq,Sən yox, osa səndən razı qalacaq.

تا نگیری صفات روحانیتا نگردی ز پا و سر فانی

Əgər sən ruhani sifət almasan,Baş ilə ayaqdan fəna olmasan,

قربت خود کجا دهد شاهت؟به ولایت کجا بود راهت؟

Şah qoymaz yaxına səni qətiyyən,Hardan yol taparsan vilayətə sən?!

به محبت چو مبتلا باشیگاه و بیگاه در بلا باشی

Əgər məhəbbətə olsan mübtəla,Hər vaxt üz verəcək sənə bir bəla.

بی‌ولایت ز خوف نتوان رستتا ولی نیستی تو خوفی هست

Olmaz vilayətsiz qorxudan qaçmaq,Vəli olmayınca qorxu var ancaq.

به ولایت چو دل ستوده شوددر هیبت برو گشوده شود

Ta ürəyin vəli adını alar,Heybət qapıları sənə açılar.

چون رسی در مقام محبوبیزو نبیند دل تو جز خوبی

Sevilmək həddinə yetişən zaman,Yaxşılıq görəcək ürəyin ondan.

صورتت صورت فرشته شودزیر پایت زمین نوشته شود

Surətin mələklər surəti olar,Bu yer ayağının altında qalar.

بر سر آبها روان گردیغیب گویی و غیبدان گردی

Suların üstüylə rahat gedərsən,Qeyb bilər, qeybdən xəbər verərsən.

از نظرها نهان توانی شدمقتدای جهان توانی شد

Hər an baxışlardan olarsan nihan,Sənə bir rəhbər tək göz dikər cahan.

نگذارد ز لطف صانع توکه شود هیچ چیز مانع تو

Yaradan icazə verməz lütf iləSənə mane olsun bircə şey belə.

تو مسلم شوی به سلطانیگه نوازی و گاه رنجانی

Sən, şəksiz, şübhəsiz, olarsan sultan,Hərdənbir incidər, gah oxşayarsan.

آوری اسب قربت اندر زینبه اجابت شود دعات قرین

Yaxınlıq atına qoyarsan yəhər,Hər duan qəbula gedib yetişər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов