Джам-и Джам, глава 125
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
چون بمیری ازین جواهر خمسعقل و نفست نپاید اندر رمس
Sən ölüb gedəndə o beş duyğudanAğıl, nəfs qəbrinə girməzlər əyan.
در این نه مقوله بسته شوددل ازین چار قید رسته شود
Bu doqquz məqulə bağlanıb qalar,Ürək dörd zəncirdən həm xilas olar.
برهی از سه بعد و از شش حداوحدیوش رخ آوری به احد
Üç yol, altı həddən azad olarsan,Mən kimi Allahı yada salarsan.
این تخیل نماند و احساسوین تکاپوی منهیان حواس
Qalmaz o xəyallar, o hisslər, gedər,Arzudan, həvəsdən qalmaz bir əsər.
دیدهٔ روح بیسبل گرددمشکل نفس جمله حل گردد
Nəfsin müşkülləri həll olar özü,Hər şeyi düz görər ruhunun gözü.
هرچه خواهی میسرت باشدوآنچه جویی برابرت باشد
Sən hər nə istəsən çatarsan ona,Hər nəyi axtarsan, çıxar qarşına.
در جهانی رسی سراسر جانوندرو کاردار عقل و روان
Bir dünya görərsən başdan-başa can,Ruh ilə ağıldır orda hökmüran.
لبشان بیزبان سخن پیوندچهره بیعشوه شاهد و دلبند
Dilsiz danışırlar onlar hər sözüİşvə, naz bilməyən bütlərdir, düzü.
همه یکرنگ و هیچ رنگی نههمه صلح و هراس جنگی نه
Hamısı bir rəngdə, yoxdur rəngləri,Hərb yox, sülh bürümüş orda hər yeri.
جامها پر ز شهد و شیر وشرابباغها پردرخت و میوه و آب
Camlar var bal, südlə, şərbətlə dolu,Bağlar var meyvəli, çeşməli-sulu.
باغ مینو گشاده در درهمشاخ مینا کشیده سر در هم
Cənnətin qapısı açılmış tay-tay,Çiçəkli budaqlar əyilmiş lay-lay,
شربت آینده نزد رنجورانمیوه ریزنده بر سر دوران
Xəstənin yanına şərbətlər gəlir.Ağacdan başlara meyvə tökülür.
هرچه جان کشته پیش دل رستهچشم جان دیده هرچه دل جسته
Bitir qəlb önündə nə əkmişsə can,Ürək nə axtarsa, can görür haman.
دور نزدیک و سخت نرم شدهزشت زیبا و سرد گرم شده
Uzaq yaxın olmuş, bərk isə yumşaq,Pis yaxşı olmuşdur, soyuq isti, bax!
همه از مردن و هلاک ایمندل و جانها ز ترس و باک ایمن
Hamısı ölümdən, həlakdan kənar,Qorxudan, dəhşətdən ürək, can kənar!
نه ز اندوه رخ بریزد رنگنه ز انبوه خانه گردد تنگ
Nə qəmdən üzlərin xoş rəngi solur,Nə də ki çoxluqdan mənzil dar olur.
فارغ از رنج ناملایم و ضدایمن از ازدحام دشمن وند
Hamı çətinlikdən, əzabdan azad,Hücumdan, düşməndən, qandaldan rahat.
بر سر دوشها تراز بقادر کف هوشها جواز لقا
Çiyinlər üstündə bəqa bəzəyi,Huşun da əlində görüş vərəqi.
بر بساط بقا چو دلبندانوز نشاط لقا چو گل خندان
Bəqa məclisində sevgililər təkGörüş sevinciylə gəzir gülərək.
باغهایی به دست خود کشتهبر زمینی ز عنبر آغشته
Onlar bağ salmışlar öz əllərilə,Qarışmış torpağı müşk-ənbərilə.
گه شراب بقا چشانندشگه به باع لقا کشانندش
Gah bəqa meyinə edirlər qonaq,Gah görüş bağına çəkir tutaraq.
گه کند در جمال حور نظرگه ز کوثر کنندش آبشخور
Huri camalına gah salar nəzər,Gah kövsər suyundan içib məst gəzər.
ملکش در نوازش آرد و نازمیکند در جهان جان پرواز
Mələklər oxşayar, o, eyləyər naz,Canlar dünyasında eyləyər pərvaz.
حلم او انگبین ناب شودعلم گه شیر و گه شراب شود
Xalis bala dönər ondakı vüqar,Elmi gah süd olar, gah şərab olar.
حله پوشد، که سترپوشی کردباده نوشد، که خشم نوشی کرد
Çılpaq geydirənlər geyəcək ipək,Qəzəbin udanlar şərab içəcək.
پیشش آرند میوههای بهشتاز درخت عمل که اینجا کشت
O, öz əməlilə əkən ağacdanCənnət meyvələri verərlər hər an.
تیر انصاف در کمان آرندجان به شکرانه در میان آرند
Qoyarlar insafın oxunu yaya,Şükr ilə qoyarlar canı ortaya.
رنجبینان به راحتی برسندرهنشینان به ساحتی برسند
Əziyyət çəkənlər dinc, rahat olar,Orda yurd sahibi olar yolçular.
چون شوی دور ازین سرای هوسبا تو همراه علم باشد بس
Bu həvəs evindən sən qaçsan tamam,Sənə yoldaş olar elm, vəssalam.
عملت میبرد علم در پیشعلم خود را جدا مدار از خویش
Əməlin önündə aparar bayraq,Sən elmi özündən eyləmə uzaq.
گر طلب میکنی بهشت بقانزنی جز در بهشت لقا
Arzu edirsənsə əbədi cənnət,Hüzur qapısını döy hər an, fəqət.
در بهشت خدا علف نبودهرچه خواهد شدن تلف نبود
Allah cənnətində ot-ələf olmaz,Orada olanlar heç tələf olmaz,
وآنچه از خوردنیست نام او راگرچه باشد، مشو غلام او را
Yeməkdən, içməkdən orda yoxdur ad,Olsa da onlara qul olma, heyhat.
بادهٔ او رحیق مختومستختمش از مشک او نه از مومست
Badəsi ətirli, cana nuş müdam,Piydən yox, müşkdəndir orda yanan şam.
شیر علمست و باده معرفتششهد شیرین تعقل صفتش
Orda süd elmdir, badə mərifət.Həm baldır dərk etsən, ondakı sifət.
در زمین شیر و انگبین گوییچون روی بر فلک همین گویی
Bal, xurma istərsən sən yerdə müdam,Göydə də onları deyirsən tamam.
تو کزین گونه غرهباشی و غرقز آسمان تا زمین برتوچه فرق؟
Lovğalıq içində boğulursan sən,Yer, göyün fərqini hardan bilərsən?!
رو به دیدار روح دل خوش کنگندم و میوه را برآتش کن
Get ruhu görərək sevinsin ürək,Bu buğda, bu meyvə nəyinə gərək.
در بهشتی که سفرهٔ نانستپیمنه، کان بهشت دونانست
Sən, çörək süfrəli cənnətə heç vaxt,Alçaq cənnətidir, gəl basma ayaq.
گرتو از بهر باغ در کاریدر ده این باغها بسی داری
Bu qədər çalışma ancaq bağ üçün,Doludur bu bağla, bir bax, kənd bütün.
بی عمل در بهشت رفت آدمآدمی بیعمل درآید هم
Əməlsiz, cənnətə getdisə Adəm,Əməlsiz bir adam tez qayıdar həm.
باغ دیدار جوی و آب لقاباغ انگور و میوه را چه بقا؟
Didar bağı axtar, hüzur suyu gəz,Meyvə, üzüm bağı məhv olar gec-tez.
میزبان را چو با تو میل بودخوردن میوه خود طفیل بود
Sənə ev sahibi olsa mehriban,Onda meyvə yemək olar çox asan.
جای خود در بهشت باقی کنرخ در آن بزمگاه ساقی کن
Əbədi cənnətdə eyləyib məqam,Üz tut o məclisə, saqiyə müdam.
دست جز بر در قبول مکشداس در گندم فضول مکش
Qəbul qapısını döy ancaq hər an,Füzul buğdasını biçmə heç zaman.
آدمت را که خواب جهل بودامر« لاتقرابا» ش سهل نمود
Adəm cəhalətdən yuxuya getdi,O dəm “yaxınlaşma!” əmrin eşitdi.
گر بدان نکته دست رد نزدیدر ره «اهبطو» ش حد نزدی
Rədd əli vurmasa o, bu nöqtəyə,Belə hədd qoymazdı “sükut et”, – deyə.
چه دهی دل بدین شمامهٔ شوم؟دست کش سوی میوه معلوم
Bu nəhs şamamaya çox vermə ürək,O məlum meyvəyə əl atmaq gərək.
کار حوا به جز هوا نبودز آدم این بیخودی روا نبود
Həvvanın işidir həvaü həvəs,Adəm ixtiyarı əlindən verməz,
آن بهشتی که اندرو علفستلایق مدخلان ناخلفست
Olsa bir cənnətdə, qanqal, ot, alaq,O, alçaq kəslərə layiqdir ancaq.
اندر آن عالم این ستمها نیستوین بد و نیک و بیش و کمها نیست
Düzü, o dünyada yoxdur bu sitəm,Yoxdur yaxşı-yaman, artıq-əskik həm.
فارغست از تزاحم و تنگینیست رنگی بغیر یکرنگی
Yoxdur zəhmət vermək, ya yer daraltmaq,Həm bütün rəngləri bir rəngdir ancaq.
عالم وحدتست عالم نورعالم کثرت این سرای غرور
O, vəhdət aləmi, nur dünyasıdır,Bu, kəsrət aləmi, zor dünyasıdır.
جای شخص مجرد روحینبود جز بهشت سبوحی
Əgər kimin ruhu olsa mücərrəd,Ona məskən olar ilahi cənnət.
برتفاوت بود مراتب خلددور از اندازه نیست راتب خلد
Cənnətdə fərqlənən mərtəbələr var,Ancaq həddən artıq deyillər onlar.
هشت جنت ز بهر این آمداز حکیمان بما چنین آمد
Səkkiz mərtəbədir cənnətin özü,Alim adamların belədir sözü.
هر یکی را ز ما بهشتی هستقصر و ایوان و آب و کشتی هست
Orada hərənin bir cənnəti var,Tarlası, eyvanı, imarəti var.
تو ببین نیک تا چه کاشتهای؟چه به روز پسین گذاشتهای؟
Gör sən nə əkmisən, yaxşı bax, düşün,Geri nə atmısan son günün üçün.
نکنی رخ به خانههای بهشتگرنه از زر بود بنا را خشت
Kərpicin olmasa əgər qızıldan,Sən gedə bilməzsən cənnətə bir an.
زر فرستی برای خشت زنانچند ازین زر؟ زهی سرشت زنان!
Apardı qızılı kərpickəsənlər,Qızıldan-gümüşdən demə bu qədər!
نه به اخلاص میکنی کاریزان درختت نمیدهد باری
İxlasla görməsən bir işi burda,Ağacın heç məhsul verərmi orda.
تو که در بند قلیه و نانیکی رسی در بهشت رحمانی؟
Həmişə ət, çörək fikrindəsən sən,İlahi cənnətə hardan gedərsən?!
خوردن اینجا روا نمیدارنددر بهشت آش و سفره چون آرند؟
Rəva bilməyirlər yeməyi burda,Aş, süfrə haradan olsun bəs orda?!
در بهشت ار خوری جو و گندمهمچو آدم کنی ره خود گم
İstəsən cənnətdə sən buğda yemək,Yolunu azarsan sən də Adəm tək.
ریستن گیردت ز خوردن زشتبه درت باید آمدن ز بهشت
Sən əgər cənnətdə pis şeylər yesən,Bayıra çıxarsan tez ordan həmən.
عاقلان مردن از اجل گیرندعاشقان پیش ازین اجل میرند
Aqillər ölümü qəbul elərlər,Aşiqlər əcəldən əvvəl ölərlər.
بیگناهی بپوی مردانهکه گنهکار ترسد از خانه
Yürü cəsarətlə günahsız olsan,Evdən günahkarlar qorxar hər zaman.
مرگ نیکان حیات جان باشدمرگ بر بدکنش زیان باشد
Yaxşının ölümü həyatdır cana,Ancaq pis ölərsə, düşər ziyana.
گر بترسد ز مرگ بدکارهنتوان کرد عیب بیچاره
Ölümdən qorxarsa bədəməl insan,Neyləsin, siz bunu bilməyin nöqsan.
دل او میدهد گواهی راستکه اجل داد او بخواهد خواست
Doğrusu, şahidlik eyləyir ürək,Onun hesabını əcəl verəcək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ovhadi-cami-cem-125
Клавиши ← → для перехода, R — случайное стихотворение