Джам-и Джам, глава 127
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
ورندارد ز دین و دانش بهراز تنش جان جدا کنند به قهر
Kim bəhrəsiz qalsa elmdən, dindən,Canını alarlar güclə bədəndən.
در جهان جای او حجیم بودآبش از جرعهٔ حمیم بود
Cəhənnəmtək olar yeri dünyada,Ancaq çirkab olar içdiyi su da.
تنگ ماند برو جهان فراخرخ فرا میکند به هر سوراخ
Olar geniş dünya tamam dar ona,Başını uzadar müdam hər yana.
گرد او دودهای ظلمانیاز مزاجات جهل و نادانی
Nadanlıq, cəhalət, açıq-aşikar.Çəkər dövrəsinə zülmət bir hasar.
او در آن دودهای آتش ریزمیرود چشم بسته، افتان خیز
O, zülmət içində gözü kor sayaq.Gedir gah yıxılıb, gah da duraraq.
عور ماند، که پرده در بودستخوار ماند، که عشوهگر بودست
Pərdə yırtdığıyçün o, çılpaq qalar,Hiylə işlətməklə özü xar olar.
گه رود با روان غمناکانگه درآید به گور ناپاکان
Gah qəmli ruhlarla yoldaşlıq edər,Gah da napakların qəbrinə gedər.
به هوا بر شود، بسوزندشبر زمین بگذرد، بدوزندش
Havaya qalxarsa oda yaxarlar,Yerlərdə qalarsa oxa taxarlar.
کور و در دست او عصایی نهعور و بر دوش او کسایی نه
O, kordur, əlində yoxdur əsası,Çılpaqdır, çiynində yoxdur əbası.
تن او قوت مار و طعمهٔ موراو همی بین و میگذر از دور
İlan, qarışqaya o, yem olacaq.Sən bir yol baxaraq, ondan qaç uzaq.
نه ز پس راه یابد و نه ز پیشنه به بیگانه در رسد، نه به خویش
Nə daldan yol tapar, nə də qabaqdan,Nə özünə çatar, nə yada bir an.
رخ به راه آورد، قفاش زنندباز گردد، به صد جفاش زنند
Boynundan vurarlar, üz tutsa yola,Zülm ilə döyərlər, qayıtsa dala.
نه گریزندگیش را پایینه ستیزندگیش را رایی
Onun nə qaçmağa ayağı olar,Nə də döyüşməyə iradəsi var.
جان او در تموز و یخبندانزنده، لیکن فتاده در زندان
Canı yay vaxtı da buz bağlayar, bax,Diridir, zindanda dustaqdır ancaq.
دل او بیضیا و نور و فروغگوش او بر گزاف و فحش و دروغ
Yoxdur ürəyində bir nur, bir işıq,Qulağı söyüşə, yalana açıq.
ظلمت ظلم بر وی اندودهچرک بر چرک و دوده بر دوده
Zülmün zülmətinə bürünmüş müdam,Çirk-çirkə, his-hisə qarışmış tamam.
تهمت و جهل و حسرت و خواریفرقت و گمرهی و بییاری
Ayrılıq, azğınlıq, zillətlə töhmət,Yarsızlıq, dostsuzluq, həsrət, cəhalət
کرده پهنای خاک تنگ بروچرخ باریده شوک و سنگ برو
Bu geniş dünyanı dar etmiş ona,Daş-kəsək yağdırır göylər başına.
جانش از نور علم عاری و عورتن ز ظلمت بمانده در گل گور
Canı elm nurundan çılpaq qalmışdır,Zülmət, bədənini qəbrə salmışdır.
زان و حل قوت گذشتن نهبه عمل راه باز گشتن نه
Palçıqdan çıxmağa yoxdur qüdrəti,Geri qayıtmağa yoxdur qüvvəti.
گرد بر گرد او ز مظلمههابرقهای جهنده از دمهها
Onun törətdiyi zülüm, cinayət,Onu od hasara almışdır fəqət.
صحبتش با بدان و نیکی نهسر او پر خمار و سیکی نه
Etməz pislər ilə yoldaşlıqdan ar,Gəzər yüngül-yüngül o, xumar-xumar.
کارش از دست رفته، سر در پیشدیده احوال خویش و رفته ز خویش
İş əlindən çıxmış, olmuş o, bədnam,Dəyişmiş əhvalı pozulmuş tamam.
چون در آید سرش ز غفلت نومبشناسد که : «لیس ظلم الیوم»
Qəflət yuxusundan oyanan zamanÖzü anlayar ki, “zülmə yox aman”,
دوزخ نقد مفسدان اینستنسیه خور صد هزار چندینست
Nəqd cəhənnəmi budur pozğunun,Yüz min bu qədərdir cəzası onun.
این چنین مرگ مرگ عام بودوینچنین مرده ناتمام بود
Nadan ölümüdür bu ölüm, nadan!Ancaq belə ölər yarımçıq olan.
روح ازین گنبدش بدر نشودبلکه زین چاه بر زبر نشود
Ruhu bu dünyanın əsiri olar,Bəlkə də quyuda bataraq qalar.
روی تحقیق ازو نهان گرددآرزومند این جهان گردد
Ruhun həqiqəti ondan nihandır,Arzusu, diləyi ancaq cahandır.
هر به یک چند در لباس خیالاندر آید به خواب اهل و عیال
Keçər xəyalından onun bir zamanArvadı, uşağı yuxu tək haman.
بنماید به عجز صورت خویشعرضه دارد همی ضرورت خویش
Zahirən özünü aciz tutaraqMöhtac olduğundan söz açar ancaq.
تا بدانند جنس رازش رامعنی حاجت و نیازش را
Onun istəyini anlayan zaman,Nədir ehtiyacı, bilincə haman,
دو سه نانش به زور بفرستندیا چراغی به گور بفرستند
Yolunda verərlər bir-iki çörək,Ya naçar bir çıraq yollarlar, gerçək.
بعد ازو گر یکی ز صد بدهندصدقات آن بود که خود بدهند
Yüzdən birini də verməzlər, düzü,Yaxşıdır, hər kəsin verərsə özü.
هرچه بیش از کفاف داری توندهی، بر گزاف داری تو
Əgər məxaricdən artıq nəyin var,Verməsən, özgəsi, yəqin, aparar.
پیش از آن کت اجل کند در خوابخویشتن را به زندگی دریاب
Səni torpaqlara gömməmiş əcəl,Sən öz qeydinə qal ölməzdən əvvəl.
تا نباید بلابه و زاریمال خود خواستن بدین خواری
Ta ki öz malını almaqçün hər anBu qədər xarlıqla yalvarmayasan.
حق ایزد ندادهای به خوشیتا مکافات آن چنین بکشی
Allahın haqqını ödəməmisən,Odur, bu əzabı çəkirsən həmən.
از تو کرد او به صد زبان خواهشتو ندادی به گوش خود راهش
Səndən xahiş etdi o, yüz dil ilə,Əsla qulağına girmədi belə,
اهل حاجت که داری از چپ و راستلب ایشان بدان زبان گویاست
Sağında, solunda möhtaclar tamam,Onun dili ilə danışır müdam.
حق و ادرار خویش میطلبندنه ز انصاف بیش میطلبند
Borcunu, haqqını istəyir onlar,Bir şey istəmirlər insafdan kənar.
شکر انعام او به دانش کننظری هم به بندگانش کن
Verdiyi nemətə daim şükr elə,Onun bəndəsinə bax şəfqət ilə.
آنچه بینی که دون و بدکارندبر ایزد نه روزیی دارند؟
Gördüyün yaramaz, alçaqlar ki var,Allahın yanında bir ruzi alar.
گر چنینش خوری، رسی به صوابور نه بعد از تو خود خورند اصحاب
Savabdır sən özün yesən bu sayaq,Yoxsa o, yadlara qismət olacaq.
بتو پیش از تو گر زری دادنددان که از بهر دیگری دادند
Sənə çox versələr qızılı əgər,Onu özgə üçün, bil ki, verirlər.
گر تو دادیش یافتی جنتور نه او خود ربود بیمنت
Əgər sən də versən, taparsan cənnət,Yoxsa, geri alar özü biminnət.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ovhadi-cami-cem-127
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Derdim o məst gözlərinin çox bəlası varDerdim o məst gözlərinin çox bəlası var,Gördüm o qara zülfü onun da xətası var.