Джам-и Джам, глава 34
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
ایکه بر تخت مملکت شاهیعدل کن، گر ز ایزد آگاهی
عدل چون گشت با خلافت یارنهلند از خلاف و ظلم آثار
عدل باید خلیفه را، پس حکمعدل نبود کجا کند کس حکم؟
عدل بیعلم بیخ و بر نکندحکم بیعدل و علم اثر نکند
تخت را استواری از عدلستپادشه را سواری از عدلست
دود دلها به دادگر نرسدعادلان را به جان خطر نرسد
پایداری به عدل و داد بودظلم و شاهی چراغ و باد بود
طاق کسری به داد ماند درستخانه سازی، به داد کوش نخست
عدل و عمر دراز هم زادندعاقلانم چنین خبر دادند
شاه کو عدل و داد پیشه کندپادشاهیش بیخ و ریشه کند
سایهٔ کردگار باشد شاهشاه عادل، نه شاه عادل کاه
سایه آنرا بود که دارد تنتو بر آن نور رنگ سایه مزن
نور کلی ز سایه دور بودسایهٔ نور نیز نور بود
خلق ازین سایه در پناه آیندمردم از فر او به راه آیند
شاه خفته است فتنهٔ بیدارچشم دولت ز شاه خفته مدار
شاه چون مستعد جنگ بوددشمنان را مجال تنگ بود
جنگ دشمن به ساز باشد و مرداین دو پیشی به دست باید کرد
عدل باید طلایهٔ سپهتتا کند فتح را دلیل رهت
لشکر از عدل بر نشان وز دادتا کنندت به فتح و نصرت شاد
بتو دادند ملک دست به دستمده این ملک را به غافل و مست
دشمنانت به هم چو رای زنندبر فتوح تو دست و پای زنند
هر یکی را به گوشهای اندازآنکه دفعش نمیتوان، بنواز
بر قوی پنجه دست کین مگشایبر ضعیف و زبون کمین مگشای
کان یکی گر سگست گرگ شودوین به قصد تو سر بزرگ شود
فاش کن حیلت بد اندیشانتا نگویند غافلی زیشان
شاه باید که دارد از سر هوشبر جهان چشم و بر رعیت گوش
شاه را گر به عدل دست رسستقاصد او یکی پیاده بسست
مال ده، گر چهار کس باشدیک سر تازیانه بس باشد
هیچ در وقت تندی و تیزیمیل و رغبت مکن به خونریزی
خون ناحق مکن، چو یابی دستکز مکافات آن نشاید رست
گر ز قرآن به دل رسیدت فیضیاد کن سر «کاظمینالغیظ»
اختر و آسمان کمر بستندبه چهار آخشیج پیوستند
تا چنین صورتی هویدا شدوندران سر صنع پیدا شد
نسخهٔ حرز کردگارست اینبس طلسمی بزرگوارست این
هر که بیموجبش خراب کندخویش را عرضهٔ عذاب کند
چون نباشد ز شرع حکمی جزمظلم باشد به کشتن کس عزم
ظلمت از ظلم دان و نور از عدلاین بدان و مباش دور از عدل
روح خود را به عالم ارواحانس ده، تا رسی به روح و به راح
چون ملک با تو آشنایی یافتدلت از غیب روشنایی یافت
اینکه چون سایه سو بسو گردیسایه برخیزد و تو او گردی
قول و فعل و ضمیر چون شد راستاختلافی نماند اندر خواست
هر چه خواهی تو ایزد آن خواهدوین مراد دلت به جان خواهد
آب خواهی تو، ابر آب کشدایمنی، فتنه سر به خواب کشد
با تو بیعت کنند جن و ملکسر به حکمت دهند چرخ و فلک
نامت اسمی شود زدایندهتن طلسمی جهان گشاینده
سخنت را قضا قبول کندپیش تختت قدر نزول کند
دیدنت حشمت و جلال دهدالتفات تو ملک و مال دهد
آنکه دل در تو بست جان یابدوآنکه سودت برد زیان یابد
هر که قصد تو کرد خسته شوددشمنت خود به خود شکسته شود
فر کیخسروی ازینجا خاستکه جهانرا به علم و عدل آراست
روز خلوت گلیم پوشیدیبه نماز و بهروزه کوشیدی
دست بستی، کمر بیفگندیتاج شاهی ز سر بیفگندی
روی بر ریگ و دل چو دیگ به جوشدل سخن گستر و زبان خاموش
تا بدیدی دلش به دیدهٔ رازدیدنیهای این نشیب و فراز
سر جام جهان نما اینستاثر قربت خدا اینست
روشنانی که این خرد دارندجام جسم و ضمیر خود دارند
هر کرا این کمان و تیر بودروح صید و فرشته گیر بود
خطبه اینست و سکه آن باشدکه دو گیتی در آن میان باشد
عادلی، سایهٔ خدا باشیورنه از سایه هم جدا باشی
Ey ölkə taxtına olan hökmran!Haqdan agahsansa, ədl ilə davran.
Şahlıq ədalətlə əgər olsa yar,Zülm ilə ədavət olmaz payidar.
Şah ədl göstərib sonra hökm edər,Ədalət olmasa kim, nə hökm edər?!
Elmsiz ədalət verməz əsla bar,Hökm də bunlarsız faydasız olar.
Taxtın möhkəmliyi ədldir ancaq,Şahın da qüdrəti ədlindədir, bax!
Adil olanlara ah etməz əsər,Adilin canına yetişməz xətər.
Şahlıq ədalətlə olar payidar,Şahlıq – zülm, küləklə çıraqdır aşkar.
Ədlilə Kəsranın tağı qaldı sağ.Ev tiksən, adil ol hər şeydən qabaq.
Ağıllı adamlar söyləmiş belə:“Ədalət ekizdir uzun ömr ilə”.
Şah ədli, insafı eyləsə peşə,Şahlığı kök atıb qalar həmişə.
Padişah Tanrının kölgəsidir, bax!Zülümkarı deyil, adili ancaq.
Bədəni olanın kölgəsi olar,Sən nura demə ki, onda kölgə var.
Nuri-küll kölgədən yaşayar uzaq,Nurun kölgəsi də nur olar ancaq.
O nurla yol tapır, bir bax insanlar,Həm də o kölgəyə sığınır onlar.
Əgər şah yatarsa, fitnə oyanar,Yatmış padişahda bəxt olmaz, aşkar.
Əgər şah döyüşə hazır dayansa,Düşmən fürsət tapmaz hücuma əsla.
Döyüşmək sursatla, adamla olar,Bunu yaxşı bilsin gərək hökmdar.
Qoşunun önündə getsə ədalət,O, şahı zəfərə çatdırar, əlbət.
Qoşunu ədl ilə saxlamaq gərək,Qələbə çalarsan sən onda, gerçək.
Sənə mülk veriblər, bax, əldən-ələ,Onu hər qafilə, tapşırma belə.
Birləşmək fikrinə düşsə düşmənlər,Səni məhv etməyə qalxsalar əgər,
Çalış hər birini bir bucağa at!Gücün çatmayanı oxşa, sülh yarat.
Qolu güclülərə kin bəsləmə sən,Zəifə, gücsüzə tor qurma əslən.
Biri təhqir görüb olar canavar,Biri qəsd eləyib, səni tez yıxar.
Pisin hiyləsini aç, dilini kəs,Xəbərsiz deməsin qoy sənə heç kəs.
Gərək şah ağılla yaşasın özü,Qulağı rəyyətdə, dünyada gözü.
Ədalət gələrsə şahın əlindən,Onunçün bir qasid bəs eylər həmən.
Töycünü verməyən olsa dörd nəfər,Bir qamçı zərbəsi işi həll edər.
Coşub, qəzəblənib kükrəyəndə sən,Ona cəhd elə ki, qan tökməyəsən.
İmkanın olduqca tökmə nahaq qan,Çünki qurtarmazsan mükafatından.
Qurandan könlünə çatarsa bir feyz,Yadından çıxmasın “kazimin əlqeyz”,
Çalışdı ulduzlar, bir də asiman,Axırda qovuşdu dörd ünsür haman.
Elə ki, bu surət oldu bərqərar,Tanrının sirləri oldu aşikar.
Allah tilsiminin surətidir bu,Çox böyük tilsimdir bu zat doğrusu!
Səbəbsiz kim onu edərsə xarab,Şübhəsiz, özü də görəcək əzab.
Çubuq kifayətdir, zülmə yol vermə,Qılıncla, zəhərlə tutub öldürmə.
Şəriət hökmünü verməsə aşkar,Bir kəsi öldürmək böyük zülm olar.
Zülmət zülmdəndir, işıq ədldən,Bunu bil, ədldən uzaq olma sən.
Ruhun ruhlar ilə olarsa yoldaş,Ruha və cənnətə çatarsan birbaş.
Səninlə aşina olarsa mələk,Ürəyin qeybdən nurlanar, gerçək.
Kölgə tək hər yanı gəzib axtarsan,Kölgə qalxıb gedər, o, sən olarsan.
Sözün, qəlbin, işin əgər olsa düz,Sən öz istəyinə çatarsan, sözsüz.
Allah da istəyər, sən nə istəsən,Sənin hər arzunu istəyər qəlbən.
Əgər su istəsən, buludlar yağar,Sakitlik diləsən, fitnə yuxlayar.
Sənə beyət edər cin ilə mələk,Hökmünə baş əyər həm çərxi-fələk.
Silər qəm-kədəri həm adın sənin,Dünyanı fəth edən tilsim-bədənin!
Qəza sözlərini tez qəbul edər,Taxtın qarşısında diz çökər qədər.
Səni görənlərə yetişər calal,İltifat etdiyin alar mülk, mal.
Sənə könül verən can tapar, inan,Xeyrinə göz dikən görəcək ziyan.
Sənə qəsd eyləyən yolda yorular,Düşmən öz-özünə həm məğlub olar.
Keyxosrov ucaldı, bax, bu surətlə,Bəzədi dünyanı elm, ədalətlə.
Xəlvət günlərində geyərək palaz,O, oruc tutardı, qılardı namaz.
Əlini bağlayıb, kəməri açar,Tacını tullayıb taxtdan da qaçar,
Üzü yerə sürtər, qaynar qazan tək,Dil susar, ürəksə danışar, gerçək.
Sirləri seyr edən bir gözlə ürəkBaxar bu dünyaya vəcdə gələrək!
Dünyanı göstərən cam haman budur,Haqqa yaxınlığa ilk nişan budur.
Belə bir ağılı olan hər adam,Öz cismi, könlünü hesab edir cam,
Kimin ki belə bir oxu, yayı var,O, ruhlar, mələklər ovlayan olar.
Xütbə elə budur, o da sikkə, bax!Hər iki dünya da burdadır ancaq.
Əgər adil olsan, Haqq kölgəsisən,Yoxsa kölgədən də gen olarsan sən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ovhadi-cami-cem-34
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · Хвалебные
Etdi bir padşah məclisi-xas,Cəm idi bəzmdə əvamü xəvas.
Ey gül, sənə dünyada bərabər yenə varmı?Ey gül, sənə dünyada bərabər yenə varmı?Səndən də gözəl sevgili dilbər yenə varmı?
Tərəhhata inanma!Ana güldür, bir gün solur,Ana dili şirin olur.
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,