Ağlamışam, seli-seli göstərmişəm,Bağlamışam eli-elə göstərmişəm.

Ləhcəm ilə şerə şəkər qatmışam,Haqqı deyib dili-dilə göstərmişəm.

Millətimin üstünə kim mil çəkib,Milləmişəm mili-milə göstərmişəm.

Ağ varağım tarla, qələm bel olub,Belləmişəm beli-belə göstərmişəm.

Güllələrin sinəmi güllələndirib,Qanım axıb, gülə-gülə göstərmişəm.

Qəmli muğam üstə könül tarımı,Kökləmişəm, teli-telə göstərmişəm.

Ömrümə qısqandı xəzan yelləri,Ganı verib yeli-yelə göstərmişəm.

Pünhanımı bilə-bilə gizlətmişəm,Aşkarımı bilə-bilə göstərmişəm.

24 mart 1997. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине