Bir yanı yandır, belə bir yanə gəlim, gəlməyim?Yaz mənə bir Azərbaycanə gəlim, gəlməyim?

Söz gəzir hər yanda ki, meydan sulayır iqtidar,Bir suyu məndədi, bu meydanə gəlim, gəlməyim?

Burdakı şeytanın əlindən de, şikayətlərə,Milli geyimlərdəki şeytanə gəlim, gəlməyim?

Bəlkə bu qürbətdə sürüm ömrümü, sadiq qalım,Buş ilə Kullintona, Reyqanə gəlim, gəlməyim?

«Az Tələ Şirkət» sizə şampun köpüyün göstərir,Şampunu qurtarsa, bu ekranə gəlim, gəlməyim?

Möcüzi-Quran gələcək, dövrə qiyamət günü,Mən təzə İslam ilə Quranə gəlim, gəlməyim?

Doğma vətəndən bura zor ilə qovublar məni,Qalmışam əvvarə de Pünhanə gəlim, gəlməyim?

14 iyul 1998. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине