Biz cahan mülkündə hər mənada aldanmışlarıq,Bir sürü başsızlarıq, cəllada aldanmışlarıq.

Canına yel keçməmiş aldandı Adəm, sirrə bax,Biz həmən sirr ilə bu dünyada aldanmışlarıq.

Dağ çapan Fərhadımız indi Şirinçün ev çapır,Evdə bir şey tapmayan Fərhada aldanmışlarıq.

Məşhədü Kərbü-bəlavü, Məkkədən gəlmişlərik,Bir açıq baldır görüb, arvada aldanmışlarıq.

Hər bir evdən yüksəlirkən göylərə fəryadımız,Kürsülərdən səslənən «doklad» aldanmışlarıq.

Erməni qaç söyləyəndə, qaç deyib ustadımız,Qaçmağa fərman verən ustada aldanmışlarıq.

Sərvəti dərya olan Geksona qul olmuşlarıq,«Şirvan»ı üç dörd olan imdada aldanmışlarıq.

Biz çəpiklərnən, təpiklərnən zəfər çalmışlarıq,Biz köpüklərnən bu göy dəryada aldanmışlarıq.

Yetmiş il, Pünhan, bizə aldanmaq azlıq eylədi,Ol səbəbdəndir keçib həştada aldanmışlarıq.

28 mart 1999. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов