Çox irad tutmuşuq bir vaxt hər şeyə,Tənəli sözlərdən pörtmüşük bəzən.Sözümüz ağıza düşməsin deyəQapı – pəncərəni örtmüşük bəzən.

Bəzən tufan qopub səssiz-səmirsiz,Haqq işə, haqq sözə çəkməmişik qol.Qılınclı-qalxanlı xasiyyətimizBizi tutaşdırıb gündə neçə yol,

Tutulmuş göy kimi şimşək oynadıbTökmüşük dolutək qəzəbimizi.Bu zaman özünü araya atıbTezcə barışdırıb... məhəbbət bizi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов