Səni sevən qadın
Səni sevən qadın, sən sevən qadınBütün qadınlardan səni qısqanır.Elə zənn edir ki, çəkilcək adınŞəhərin qızları od tutub yanır.
Elə zənn edir ki, sahilə çıxan,Balkonda dayanıb küçəyə baxanGəlinlər dəlidir sənin dərdindən;Mavi ekrandakı qadın xanəndə
Oxuyub, rəqs edib hərdən güləndəÜrəyindən keçən sən olmusan, sən...
Sonra da söyləyir: “Fikir vermişəm,Özün də deyilsən az aşın duzu.Bir qadın üzünə irişsə, o dəmOlursan önündə aciz bir quzu.Səni bu halətdə çox görmüşəm, çox,Özümü asmaqdan başqa çarəm yox...”
Pozulur büsbütün halı-övqatı,İndi gəl həll elə bu müşkülatı.
Deyirsən: “ay balam, bu mənim yaşım,Bu mənim tükləri seyrələn başım,Mən kimə gərəyəm, kim mənə gərək,Sən canın, bir toxta, sakit ol, görək...”
Hıçqırıb-hıçqırıb susur... nəhayət,Boynuna sarılır gözündə şəfqət.Sonra məzlum-məzlum üzünə baxır...Keçir illər, aylar, günlər beləcə –Gah dolu yağdırıb, şimşək tək çaxır,Sözü sapa düzür gah incə-incə.
Onunla ömr edən dözümlü fildir,Onsuz yaşamaqsa... mümkün deyildir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-seni-seven-qadin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
دردمندان را ز بوی دوست درمان میرسدمژدۀ فرزند پیش پیر کنعان میرسد
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah