Ağlama ney, ağlama ney,Ürəyimi dağlama, ney.Sirdaşınam, söylə mənə,Kim yamanlıq etmiş sənə?Hey sızıltı, nalə, fəğan...Güləcəksən bəs nə zaman?!Ney dilləndi: – Soruşma gəl,Həm pis, həm də yaxşı əməl“Töhfəsidir” insanların.

Xoş çağıydı ilk baharın,Yarpağım göy, qamətim düz,Süslənirdim gecə-gündüz,Məskənimdi çay kənarı,Sirdaşımdı çöl quşları...Bilməz idim qayğı, fikir,

Qüssə nədir, nalə nədir.Nəşəliydim... Zalım çobanQamətimi görən zamanYaxınlaşıb dedi: “ƏhsənBu camala! Nə dilbərsən!Yetər, gördün neçə bahar;İndi mənə ol nəğməkar...”Qamətimə bıçaq çaldı,Yurd-yuvamdan ayrı saldı.Əllərində döndüm neyə,Qaldım vətən deyə-deyə.

O zamandan ağlayıram,Ürəkləri dağlayıram.Nə son verirəm məlala,Nə çatıram bir vüsala.Axır, axır nəfəsimdənSızıltıyla: “Vətən, vətən!..”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине