Qədim bir şəhərin xərabələriİraq torpağında çıxıbdır üzə.Şərqin qalaq-qalaq ölməz əsəriBurda min əfsanə danışır bizə.

Neçə xəyal qonub bir qaya üstə –Çalğıçı heykəli, mizrabı teldə...Daşlarda ney səsi, daşlarda bəstə,Sonuncu akkord da eşidilmədə...

Boyaboy dayanan o nəğməkarıYaşadır sənəti heykəltaraşın.İnsanın əməyi, pak arzularıGüldürmüş üzünü bir çopur daşın.

Qaya təbəssümə bürünərdimiSənətkar gözündən nur tökməsəydi?!O, uca, möhtəşəm görünərdimiÖnündə illərlə diz çökməsəydi?

Özü düşməsəydi duyğu selinəSənət dağ çayıtək çağlayardımı?!Mizrab vurmasaydı ürək telinəDaş da heç dil açıb ağlayardımı?!

Üstünə gün şaxır, yağış çiləyir,Külək qılınc çəkir neçə min ildir!Yaşayır! Min il də ömür diləyir,Fəqət ağır yara alıb o bildir...

Olub boyun-boğaz, üz dilim-dilim,Ling cızıb alnını, çatma qaşını –Deyirlər Londondan gələn bir alimQoparmaq istəyib onun başını.

Qoparmaq istəyib gizli, xəlvətiGecələr qurd kimi o qalıb oyaq.(Beləymiş onların mədəniyyətiGirər özgə evə oğrular sayaq.)

O, ev sahibinin gülüb üzünəTalamış varını, sənətini də;Hesaba vurduqca, çıxmış özünəUlu babasının zəhmətini də.

“Mədəni” oğrunun əməlləriniGörmək istəsənDolaş Avropanı, Qərb ellərini,Muzeyləri sən!

Misirin dağılıb diyarbədiyarMədəniyyəti.Nə günə qalıbdır qədim allahlar –Yunan sənəti.

Misilsiz vücudu AfroditanınLuvra çatıbdır.Qıçını Venaya Kron atanınKimsə atıbdır;

Qılıncı Aresin – hərb allahınınNyu-Yorkdadır;

Başı Drezdendə, bədəni onun“Etnopark”dadır.

Qərbin muzeyləri qədim sənətəOlub qəbristan.Abidələr var ki, gəlir dəhşətəBaxanda insan.

Abidələr var ki, baltalanıbdırGüc çatmayanda.Kəlləsi bir yanda düşüb qalıbdır,Leşi bir yanda.

Heraklın gövdəsi – Londonda, əli, –Brüsseldədir.Talanan bir heykəl neçə qitədə,Neçə eldədir!!

Dilindən eşitdim bir yunanın mənBu dəhşətləri.Dedi: Avropanın muzeylərindənYığılsın geri

Ellada yurdunun doğma sərvətiQoy yavaş-yavaş...Yığılsın babamın sözü-söhbəti –Hər yazılı daş!

Bu səs, bu şikayət bu gün hər yanıGəzib dolaşır...Beləcə bir dərdə ərəbin qanıDaldıqca daşır...

Qərbli əsrlərcə gülüb üzünəTalamış ərəbin sənətini də,Hesaba vurduqca çıxmış özünəUlu babasının zəhmətini də.

Belə düşüncəylə, bu “qanacaqla”Özünü yetirmiş alim, heykələ –Hücuma keçmişdir linglə, bıçaqla,Gəlmişdir dəhşətdən qayalar dilə.

Namərdin qəsdini sanki duyuncaMin yaşlı sənətkar qalxmış ayağa,Olubdur o alim ömrü boyuncaBelə “qocalarla” çox əlbəyaxa.

Bu dəfə niyyəti gözündə qalmış,Qopara bilməmiş başı bədəndən.Bir zərblə əlindən lingini salmış,Qəfil yaxalanmış qatil, başkəsən!

Baxışı od saçır indi heykəlin,Yarası sızlayır, həyəcanlıdır!Təkcə bir alim yox, neçə qərblininŞərqi boğazlayan əli qanlıdır!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов