Atası zindanda olan təbrizli uşağın dilindən
Atamın həyatı zindanda keçibXatırlayıram onu tutan polislər,Gələrdilər gecələr qaranlıqdaKüçədə adam olmayanda.Qapının səsindən bilərdi anamAğarardı rəngi bəyaz qar kimi.Bilirdik anamın halındanGəliblər, yenə aparsınlar atamıZindana, işgəncəyə, ölümə.Bilmirdim nədir zindan,Nədən aparırlar atamı…Amma xatırlayıram atamGedərdi öz ayağıyla, sapsağlam,Qayıdanda iki ay sonraQol-qıçı sındırılmış gələrdi.Anam məlhəm salardıAtamın ayaqlarına, kürəklərinə.Eşidirdim atamın naləsini dərd içindəKeçmədi çox zaman,Öyrəndim atamın hər ilHəbsə atılmasının səbəbini.Atam istəyirmiş məktəb açsınana dilindəBu zalım dövlətBuna görə atamı çəkirmişMəhkəməyə, işgəncəyəTa susdursunlar dilini Təbrizdə.
13.12.2008, Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/qulamrza-sebri-tebrizi-atasi-zindanda-olan-tebrizli-usagin-dilinden
Клавиши ← → для перехода, R — случайное стихотворение