Yaşayırdım gül-çüçəkli həyətdə,Firavanlıq içərisindəBacılarımla, ata-anamla kəndimizdə.Cənnətdən danışanda gəlirdibu həyət, bu ev,bu firavanlıq nəzərimə.Dəyişdi bu cənnət cəhənnəm oldu.Bir anda, bir göz qırpımında,Öldürdülər ermənilər cavan atamı.Atamın ölümü –Yandırdı-yaxdı kəndi nəzərimdə.Qeyb oldu xoşbəxt günlərimiz.Anamın çöhrəsi saraldı, soldupayız yarpaqları kimi.Səpələndik hərəmiz bir tərəfəUnutduq o uşaqlıq məhəbbətini.Sanki yer-göy düşmən oldu bizəBilmədim küsüm Allahımdan,dövlətimdən, yoxsa özümdənAldılar düşmənlər həyatıAtamın ölümüylə bizdən.

13.12.2008, Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти