Ölmək istəmirəm bu axşamüstü,Qızlar lampa kimi işıqlı, isti,Kaş bir lampa yana başımın üstə,Bir qızın dizinə qoyam başımı.

Dərdim damla-damla əriyənəcən,Gözlərim ağlayıb kiriyənəcən,Alnımı qırışlar bürüyənəcənBir qızın dizinə qoyam başımı.

Dünya ümidimi qıranda belə,Məni əldən salıb yoranda belə,Lap cəllad boynuma vuranda beləBir qızın dizinə qoyam başımı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов