O gecə gen dünya mənə darıydı,Ürəyim sinəmi sancan əriydi,Yaxşı ki, ulduzlu göylər varıydı,Ulduzlu göylərin altından keçdim.

Tapıldı hər dərdin birdən əlacı,Bildim ki, dünyanın yox mənə borcu,Mən nə birinciyəm, nə də sonuncu,Ulduzlu göylərin altından keçdim.

Daddım bu dünyanın hər bəhərindən,Daddım sevincindən, qəm-kədərindən,Daddım qızlarından, meyvələrindən,Ulduzlu göylərin altından keçdim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов