Alçaqlar ordularla, silahlarla gəldilər,Yaxdıqca yaxdılar bizi, böldükcə böldülər,Qan ağlayan çocuqları vurduqca güldülər,Namərdlərin əliylə nə övladlar öldülər,Vəhşətli həmlələrlə nə qanlar saçılmadı!Toplar açıldı, tanklar önündən qaçılmadı!

Düşdük bəlaya, gəlmədi bir kimsə yardıma,Düşmən qoşun-qoşun qoşaraq düşdü ardıma,Yoxdur umud sabah da, qovuşmazsam orduma,Qan ağlayan çağımda bahar gəldi yurduma,Güllər açıldı, yaslı könüllər açılmadı!Vəhşətli həmlələrlə nə qanlar saçılmadı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе