Ölüm sahili yox, dəniz,Sularını bölənmi var?!Axıb gedən günlərimizHara gedir, bilənmi var?!

Başını qucaqlayanın,Bağrını ocaqlayanın,Ovuc-ovuc ağlayanınGöz yaşını silənmi var?!

Günəş göylərin ilhamı,Yerlərin toyu, bayramı,Həyat üçün ölür hamı,Ölüm üçün ölənmi var?!

Bu sevgi macərasında,Məcnunların arasında,Ağlayanlar sırasındaAğlayana gülənmi var?!

Rəfiqim, bax bu dünyaya,Sualla dolu dünyaya,Bu dünyadan o dünyayaGedən gedir, gələnmi var?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости