Dünya bir günəşli ömür sərgisi,Çeşidli dillərdə könül şərqisi,Vətəndaş olana vətən sevgisiSevgilər içində ən təmiz, oğlum!

Bil ki, zirvələrdən axan bulaqlarDərələr içində sel kimi çağlar,Sellər taleyini çaylara bağlar,Çaylardan yaranar bir dəniz, oğlum!

Bütün canlıların canı yeməkdir,Ancaq insanların şanı əməkdir,Mən demək nə demək, sən nə deməkdir?Ulusdan ayrılsaq heçik biz, oğlum!

Ölüdür sağ ikən unudulanlar,Uludur yox ikən yadda qalanlar,Yel kimi sovuşar yüngül olanlar,Ağırlar gedincə qalar iz, oğlum!

Hər kəsin önündə iki yol durur,Birinci baharla qəlbi doldurur,İkinci xəzana salıb soldurur,Üçüncü yol yoxdur, ey əziz, oğlum!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов