Həsrətəm, mən sizə, ey çocuqlarım,Canımda qalmayıb hey, çocuqlarım!

Gecəli-gündüzlü haylaram sizi,Könlüm bir yanıqlı ney, çocuqlarım!

Günəş soyuyubdur mənim gözümdə,Yerdən uzaqlaşıb göy, çocuqlarım!

Gen dünya başıma dar gəlir mənim,Fikirdən olmuşam key, çocuqlarım!

Röyada, gerçəkdə söyləməkdəyəm:Hey yavrucuqlarım, hey çocuqlarım!

Fransa, 1984

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов