Həyatda
Ölməli insanlar ölən deyildir,Onların dərdinə qalan tapılmaz.
Cəfənglər yazanlar ölən deyildir,Ərdəmli ozanlar hissə qapılmaz.
Cılızlar bu qədər olmasaydılar,Ulular bu qədər olmazdı yadda.
Ölməli olanlar qalmasaydılar,Qalmalı olanlar qalmazdı yadda.
Dünya işlərini asan görmədim,Min hikmət gizlənir oyunlarında.
Ha baxdım, bir kiçik nöqsan görmədimDahi təbiətin qanunlarında.
Nədir alçaqların sevinci, dərdi,Kim deyir, nadanlar qalır həyatda?!
Ölməli insanlar gəldi-gedərdi,Qalmalı insanlar qalır həyatda.
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-heyatda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
Zəxmi-tiğin xalqdan biyhudə yaşırmış könül,Mümkün olmaz etməyə ol qönçə sirabi gül
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.
Шараф-наме, глава 13Дай мне, кравчий, с вином сок целительных трав:Хоть стремился я в рай, пил я горечь отрав!