Qardaşım
Nə qədər qəribdir bu beytin, qərib,İki bölünməkdən qorxan qardaşım!Dinlə, ey o taydan bu taya gəlib,Bu taydan o taya baxan qardaşım!
Ərlər dədəmizə Qorqud deyirdi,Qorxan oğullardan deyildi Qorqud,Adıyla, andıyla, “qorxud!” deyirdi.Qorxud yağıları! – deyirdi Qorqud.
Qorqud nəvəsinə qorxmaq yaraşmaz,Qorxduq ki, çatılıb iki bölündük.Qorxduq ki, sərhəddə çevrildi Araz,Qorxduq ki, quzeyə, güneyə döndük.
İşlər bu ovqatla çətin düzəlsin,Ayrıyıq az qala iki yüz ildir.Deyirsən: “Azadlıq dalımca gəlsin...”Azadlıq ardınca gələn deyildir!
Düşün Bağırxanı, an Səttarxanı,İki bölünməkdən qorxan qardaşım!Arxalı dağlara çevir arxanı,Görərsən dağlardır arxan, qardaşım!
Arazla başlayır, Kürlə başlayır,Ulu qaynaqlıdır türkümüz bizim.Qılınc cəng edəndə, saz yavaşlayır,Yadlardan olmayıb ürkümüz bizim.
Neyləyər meydana atılmayınca,Çöpü də ikiyə bölmərəm – deyən,Yaşasın, ulusu qurtulmayıncaYaşamaram deyən, ölmərəm deyən!
İnam, ümid yoxsa, inan, yurd da yox!Nə çıxar darıxıb karıxmağından?!İki bölünməkdən qorxma əsla! Qorx,Qorx, güney qardaşım, bu qorxmağından!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-qardasim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mənə mənim kimi pərişan gərək,Bir qoca kişi var mənim evimdə,
İzmir festivalındaİzmir, dalğalanır əski bir saray,Nerəyə baxırsam, gülür ulduz, Ay,
Dilimi doğma bilən bir ulusa can verərəmDilimi doğma bilən bir ulusa can verərəm,Dilimin türküsünə canımı qurban verərəm.
Türkü məşuq edən insanlığa türkün dilidirTürkü məşuq edən insanlığa türkün dilidir,Bu dili sevməmək olmaz. Atatürkün dilidir.
Стихи других поэтов
Qədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,