Könlümdə, gözümdə duman durubdur,Sanıram keçməyir zaman, durubdur.

Bu qürbət aləmi dərdli bir aləm,Ömrüm uzanmışmı, nədir də, bilməm!

Böylə uzanmasın ömrü heç kəsin,Otağım eynidir soyuq məhbəsin.

Gündüz, qış günündə, necə uzanmış,Gündüzə qarışan gecə uzanmış.

Uzanmış anlar da, dəqiqələr də,Qardaşım, insanmı dözər bu dərdə?!

Ürək neyləsin ki, nə var ki əldə,Türbəti andıran bu qürbət eldə!

Yunanıstan, 1984

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов