Anara

Ev... süfrənin başında oturmuş qohum-tanış;Hamı deyir: – A bala, sevin, oyna, gül, danış!Sənin gözün qapıda, qulaqların səsdədir.Qəlbin quştək çırpınır, elə bil qəfəsdədir.Bax, gəldi yoldaşların, əllərində hədiyyə.Sən kimi gözləyirsən, indi gələcək deyə.Nədir gözlərindəki o həsrət, o intizar?Neçin gül tək açılmır gülüşünlə dodaqlar?Divardakı nədir o, uzun-uzun baxdığın?Gəl, qəlbimin parçası, dur gəl sinəmə sığın!Sən məni axtarırsan, mən uzaqda deyiləm.Doğrudur ki, yanında bir otaqda deyiləm;ancaq yoxla hər yeri, şerimi, məktubumu, –gör səndən ayrı keçən bir dəqiqəm oldumu!Gözünü çək qapıdan, sevin, oyna, gül, danış!Körpə qəlbin duyğusu dünyada aldanmamış.İndi məni gözləmə, gözünü yora-yora;gələcəyəm indi yox, bəlkə də çox-çox sonra...Sən orda həsrət çəkib məni gözləyən zaman,qoruyuram ömrünü burda mən yağılardan.

Krım, 1942

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке