Aldanmaram ki, doğrudur ayinin, ey əmu!Kəssin məni, həqiqi isə dinin, ey əmu!

İmanına qəsəmlə çapırsan cəmaəti,Quldurçuluq tüfəngimdir dinin, ey əmu!

İmanına qəsəmlə çapırsan cəmaəti,Quldurçuluq tüfəngimidir dinin, ey əmu?

Qəlbin kimi siyah edəməzsən məhasinin,Cumma hənaya boşla bu təlvinin, ey əmu?

Sövmü səlatdan sənə gər çıxmasaydı pulOlmazdı bunca zəhmətə təmkinin, ey əmu?

Tikmə namazını gözümə bir cida kimi,Göstər müamiləndəki təyinin, ey əmu!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов