Nə dərs olaydı, nə məktəb, nə elmü sən’ət olaydı!Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!Nə səndəli, nə qarandaş, nə lövhü miz, nə təbaşir,Nə dəftərə, qələmə, kağəzə bu rəğbət olaydı!Nə mədrəsə, nə müəllim, nə bu üsuli-cədidəVə nə uşaqlarımızda bu qabiliyyət olaydı!Nə əhlimizdə ayıqlıq əlaməti görünəydi,Nə bir para oxumuşlarda bu zəkavət olaydı!Nə hiss olaydı cəvanlarda əmri-millətə qarşı,Nə bu cəvanlar olaydı və nə bu millət olaydı!Düşəydi daş o günə kim, qazet-mazet sözü çıxdı,Qazet işin törədən nabəkarə lə’nət olaydı!Nə gündə, həftədə, ayda çıxan qazet və nə jurnal,Nə mətbəə, nə mühərrir və nə təbaət olaydı!Nə Şərq olaydı, nə Əqsayi-şərq, həm nə Japonya,Nə onların hünəri xəlqə dərsi-ibrət olaydı!Nə nəfxi “Sur”i-Cəhangir və nə Məlik-Mütəkəllim,Nə bə’zi kişvəri-Iranda bu ləcaçət olaydı!Nə Türkiyədə bu qanun-əsasi nəşr olunaydı,Nə biədəb yeni türklərdə bunca cür’ət olaydı!Nə xortlayaydı bu şəkl ilə “Molla Nəsrəddin”, ey kaş!Nə kalba Səbzalılarda bu xovfü vəhşət olaydı!O köhnələrdən əcəb kim, utanmayıb da deyirlər:Gərək bu əsrə görə boylə, boylə adət olaydı!Bu bişüurların əqlinə, kəmalına bax bir!Qadam kəmalınıza! Barı sizdə qeyrət olaydı!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира