Ax!..Necə kef çəkməli əyyam idi
Ax!.. necə kef çəkməli əyyam idi,Onda ki, övladi-vətən xam idi!
Öz həqi-məşruni bilməzdi el,Çöhreyi-hürriyətə gülməzdi el,Gözlərini bir kərə silməzdi el,Qəztəyə, jurnalə əyilməzdi el,Daim eşitdikləri övham idi,Ax!.. necə kef çəkməli əyyam idi!
Ölkədə bunca yox idi eybcu,Neyləridiksə görünürdü niku,Xəlqdə didarımızə arizu,Bizdə var idi nə gözəl abiru,Hörmətimiz vacibi-islam idi,Ax!.. necə kef çəkməli əyyam idi!
Millətə çatdıqca qəm, əyyaş idik,Hakimə yar, amirə qardaş idik,Qibleyi-taətgəhi-ovbaş idik,Harda aş olsaydı, ora baş idik,Hər gecə, hər gün bizə bayram idi,Ax!.. necə kef çəkməli əyyam idi!
Gərçi riya idi bütün karımız,Kar ilə bərək idi kirdarımız,Leyk həman var idi miqdarımız,Höccət idi hər kəsə gövtarımız,Xəlqin işi bizlərə ikram idi,Ax!.. necə kef çəkməli əyyam idi!
Eybimizi çulğalamışdı əba,Hər nə gəlirdi boşalırdı qaba,Kim nə qanırdı, - nədi zöhdü riya?Naxoşa xaki-dərimizdən şəfa,Söməəmiz kəbeyi-ehram idi,Ax!.. necə kef çəkməli əyyam idi!
Bizlər idik xəlqin inandıqları,Piri-hidayət deyə qandıqları,Nur görürlərdi qarandıqları,Bizdə idi cümlə qazandıqları,Kim bize pul vermese bednam idi,Ax!.. necə kef çəkməli əyyam idi!
Indi adamlar deyəsən cindilər,Cin nədi, şeytan kimi bidindilər,Lap bizi ovsarladılar, mindilər,Ay keçən əyyam, olasan indilər!..Onda ki, övladi-vətən xam idi!Ax!.. necə kef çəkməli əyyam idi!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-ax-nece-kef-cekmeli-eyyam-idi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Погрузимся в невежество, век в темноте проживем.Человеческий образ утратим и ползать начнем.
Adəmi adəm eyləyən paradırЧеловек с мошной - человек большой,А без денег он - человек смешной!
VERMİRƏM A!..Дорогой Насреддин, погляди: пред тобою купец Хан-киши!До чего и квартира, и дом, и именье его хороши!
Canın çıxsın! ("Canın çıxsın gözündən qanmayaydın!")Canın çıxsın gözündən qanmayaydın!Qanıb da hər işi odlanmayaydın!
Стихи других поэтов · О родине
Mən saralıb sollam qərib ellərdə,Sözüm dastan olar bütün dillerdə,
Mürəbbə: Quberniya bina olandan bəriQuberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənümGül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.
Haqq sevən ordumuzaYurda mərdlər verənim!Gözün aydın, gözü tarix boyu odlar görənim,