Bimərhəmət əyanlarına şükr, xudaya!Bu sahibi-milyanlarına şükr, xudaya!

Millət qəminə baxmayan ənzari-kərəmləİyşani-zəvi-şanlarına şükr, xudaya!

İş bilməyən ancaq yemək-içməkdən əlavə,Bu canlı dəyirmanlarına şükr, xudaya!

Bidadi-bəradərlə olan qanına qəltanQafqazdakı qurbanlarına şükr, xudaya!

Xassə Bakı şəhrində, o şöhrətli məkandaDərya tək axan qanlarına şükr, xudaya!

Xunxar olan əfradi-bəni-növünə daimBu vəhşiyü ğərranlarına şükr, xudaya!

Qurd isə, şəğal isə biyabanda olurdu,Şəhr içrə bu heyvanlarına şükr, xudaya!

Gözlənməyən ədnalığın icadına ciddənHimmət edən insanlarına şükr, xudaya!

Həmmamdə övrətlərə quldurluq edən buQeyrətli müsəlmanlarına şükr, xudaya!

Sakit oturan boylə cinayətlərə qarşıBu sahibi-vicdanlarına şükr, xudaya!

Bilməm nə zaman qəhrin edər aləmi bərbad?!Səbr etdiyin avanlarına şükr, xudaya!

Həll olmadı könlümdəki nisgilli müəmma....Təcdid edirəm mətləi, mabədi var əmma....

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов