Bu boyda!..
Nədir olur bu cocuqlar ə’yan bu boyda, bu boyda?Hara gedir bu yazıqlar, aman, bu boyda, bu boyda?
Əyinlərində “buluz”, başlarında baftalı şapqa,Alınlarında urus tək nişan bu boyda, bu boyda!
Məgər bular deyil övladi-paki-dindaran?Duturlar uşqulalarda məkan bu boyda, bu boyda!
Əcəb bu kim, buların da əcəb həyaləri vardır,Böyük adam tək oxurlar həman bu boyda, bu boyda!
Bular gərək hələ “əbcəd”də hıqqana “qərəşət”də,Kitabi-elmi oxurlar rəvan bu boyda, bu boyda!
Ana dilin belə bilmir iyirmi yaşlı cəvanlar,Bilirlər indi bular beş lisan bu boyda, bu boyda!
Lisani-müxtəlifə bilməsi hələ belə dursun,Qanırlar ərz nədir, asiman, bu boyda, bu boyda!
Məsahəti-küreyi-ərzi qit’ə-qit’ə tanırlar,Deyirlə, seyr eləyir xakdan, bu boyda, bu boyda!
Bütün kəvakibi bir-bir öz adlarilə sayırlarKi, seyr edir hərəsi hər zəman, bu boyda, bu boyda!
Hənuz bir-ikini bilməyən zəmanları ikənEdirlər elmi-hesabı bəyan bu boyda, bu boyda!
Yəqin ki, bunlara təlqin edir bu bilməyi şeytan...Və gər nə bunca bilərmi olan bu boyda, bu boyda?!
Amandı, qoymayın övladınız azıb çıxa yoldan!Ola bu yaxşı vələdlər yaman bu boyda, bu boyda!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-bu-boyda-nedir-olur-bu-cocuqlar-eyan-bu-boyda-bu-boyda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Один чобан на помощь звал в горах:«Ой, волки! Ой! Скорее на яйлаг!»
SəttarxanaМеня безумцем не сочти, читатель: я восторгом пьян!Взволнован голос мой - и ты его не примешь за обман.
Zahida, gəl soyunaq bir kərə paltarımızıНу давай, ханжа-отшелышк, обнажимся мы хоть раз,Нашу суть не станем прятать - всё, что скрыто, напоказ!
Sual-CavabНе смей глядеть!Не смею, не гляжу.
Стихи других поэтов · Сатира
Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
Şair və artistŞ a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam?A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam?
Lazımdır utanmaqSən adət edibsən gecə-gündüz ha qaşınmaq,Lazımdı baxanda sənə odlarına yanmaq,
QoçuBir qoçuydum, çoxdu qabaq hörmətim,Xalqı döyüb, söymək idi sənətim,