Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol!
Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol,Məxluqu inandır;Xasiyyətin od olsa da, ətvardə xak ol,Sök aləmi, yandır;Xəlqin nəzərin cəlb elə qurşağə, qəbayə,Məclubi-üyun ol;Hər hiyləvü bicliklə gir, əlbəttə, əbayə,Imanə sütun ol;Sə’y eylə ki, saqqal uzanıb üç çərək olsun,Papaq ona nisbət;Qurşaq da, bilirsən ki, on arşın gərək olsun,Təfsilə nə hacət...Qoyma yerə təsbihini, əl çəkmə duadən,Övrad oxu daim;Məclisdə çəkib dut özünü, ol nücəbadən,Söz söylə mülayim;Iştə geyinib məzhəbi, imanı büründün,Pək möhtərəm oldun;Indi nəzəri-xəlqdə sən pak göründün,Əhli-kərəm oldun;Başdan-ayağa əmnü əman oldu vücudun,Zöhd ilə bitişdin;Nolmaq diləyirdinsə, həman oldu vücudun,Məqsudə yetişdin!Vəqt oldu ki, imdi edəsən aləmi talan,Dut, qoyma qaçanı!Hökm imdi sənindir, dəxi çək işlərə saman,Yığ müşkül açanı;Dul övrətə bidad elə, eytamə xəyanət,Xovf etmə əcəldən;Məkr isə özün qıl, oxu şeytanə də lə’nət!Şad ol bu əməldən,Əl çəkmə hiyəldən,Təzvirü dəğəldən,İmanı da versən,Vermə pulu əldən!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-cehd-eyle-sen-ancaq-nezeri-xelqde-pak-ol
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sevgili, yeganə “Irşad”ımızın 272-ci nömrəsində “Ümum müsəlmanlara!” sərlövhəli məlaləyi oxuduqda şairir-həcvgu Əşrəfin şu qitəsi xatirimə gəldi:Ey vətən, ver əlini bir sıxayım,
YadigarMöhtərəm Molla Nəsrəddin əfəndi!Acizanə xahiş edirəm ki, bu neçə
Komediya kəmali-ləyaqətlə oyanıldıAvrustun 3-də Salamovların evində Qarabağda axır vətdə erməni-müsəlman qirğınında yaralanmış müsəlmanların mənfəətinə müdiri-məsuk uçitel Əlicabbar Orucəliyev cənablari sair ziyalı cavanlar ilə mütəffiq N.Vəzirovun dörd pərdəli “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasın səhneyi-tamaşaya qoydular. Spektakl çıxarılacaq otaq vəsi və geniş zaldan ibarət idisə də, izdiham və qələbəlikdən insan adətən yerindən hərəkət edə bilməyirdi. Tamaşaçiların boylə cəm olduqlarında ancaq ianə etmək ən ümdə məqsədləri və saf-sadiq niyyətləri olduğu hər kəsin nasiyeyi-əhvalından müşahidə olunurdu. Ianə mətlub vəchilə olmuş idisə də, spektakl dəxi müntezəm bir surətde tərtib olunmuş vəz ilə hüzurə çıxarılıb, kəmali-ləyaqət ilə oynanıldı.Cəbrayılov cənabları (Hacı Qənbər) hansi ki, öz dövleti[ni] əla dərəcədə dərk etdiyindən hərəkati-səkənatında və ədayi-kəlimat və bəyənatında ziyadə məharət göstərib, cəmaəti qah-qah ilə güldürürdü. Cənab Məhəmmədov (Aşıq Vəli) aşıqlar tərzində gözəlcə saz çalıb, xoş avaz ilə oxumağında və məlahətli oynamağında cəmaəti valeh ediyordu. Ağalarbəy Hüseynbəyov (Əşrəf) özünü səhneyi-tamaşada asudə saxlamaqla müəssir dediyi ibrətamiz sözləri tamaşaçıları məbhut etmişdi. Mustafayev (Cəbi) öz rolunu nəhayət dərəcədə əzbərləmişdi. Danışığında, hərəkətində bir hiyləkar nökəri mücəssəm ediyordu.
QeyrətBu gün aləmi-mətbuatı-islamdə nəşr olunan qəzetlərin hansı bir nömrəsidir ki, onda islamiyyətin tədənnisindən bəhs edilib tərəqqi və təalisinə milləti-islam tərğib və təhris olunmasın?Zənni-axizanəmə görə bunca tərğib və təhrisdən murad islamın ancaq islamiyyət ilə bərabər edəcək olduğu tərəqqisidir ki, onun sayəsində hər cəhətlər qeyrəti-islam edəcək və namusi-millət mülahizə olunsun; nəinki daireyi-islamdan xaric tərəqqidir ki, onilə nə irzi-islam mühafizə və nə qeyrəti-millət oluna bilər.
Стихи других поэтов · Сатира
Divanə könül, daxı usan, yal ağarıbdır,Bir güzgüyə bax gör ki, pərü bal ağarıbdır,
Yumruq (3)(3)Qarı nəvəsi Cuqqulu dəllək dükanında
Var mülki-Qarabağda çox dun köpək oğluHüseyn bəyi həcv*Var mülki-Qarabağda çox dun köpək oğlu,
Təxmis-məzhəkəEy sənəmi-türreyi-pürpiç tab,Kimsədə yox zərrəcə hicrində tab.