— Nə xəbər var, məşədi?— Sağlığın!— Az-çox da yenə?— Qəzet almış Hacı Əhməd də...— Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda?— Belə nəql eylədilər!..— Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?!Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü-imanı danıb, yoldan azıbdır, babıdır!— Dəxi bir başqa xəbər?— Hacı Cəfərin oğlu Vəli Qoyub uşqolaya oğlun...— O qurumsaq da?— Bəli!— Sənə kim nəql eylədi bu sözü?— Bilməm kim idi.— Öylə isə ona da min kərə lənət deməli!..Bu isə pəs o Iəinin də işi qullabıdır,Dinü-imanı danıb, yoldan azıbdır, babıdır!— Dəxi bir başqa xəbər yoxmu?— Tanırsan Qəfəri?— Nə Qəfər? Hansı Qəfər?— Mirzə Mənafın pədəri!— Tanıram!— Dün o da bir şübhəli kəslə danışıb.— Kim deyirdi?— Yedici Xansənəm arvadın əri.— Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü-imanı danıb, yoldan azıbdır, babıdır!— Yenə bir başqa xəbər varmı?— Bizim qonşu Kərim...— A... A... A?..— Bəli, hə... Hə!..— O nə qayrıb, de göriim?— “Molla Nəsrəddin” alıb, həm özü, həm oğlu oxur.— El bütün kafir imiş ölkədə, yoxmuş xəbərim!Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü-imanı danıb, yoldan azıbdır, babıdır!— Mənə bir böylə xəbər çatdı: Səməd dam-daşınıSatıb, onversetə göndərmək üçün qardaşını...— Bu xəbər doğrudur, ancaq bunu da bilməlisiz...Özü də çekmə geyib, saç da qoyubdur başına...Bu isə pəs o ləinin də iş qullabıdır,Dinü-imanı danıb, yoldan azıbdır, babıdır!— Bir belə söz də deyirlər ki, sizin Kalba AşırYeni məktəbçilər ilə gecə-gündüz yanaşır?!— Bəli, düzdür bu dəxi...— Heyf, o dövlətdən ona!.Dövlət azdırdı onu, dini-xudadan uzaşır...Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü-imanı danıb, yoldan azıbdır, babıdır!— Doğrudurmu ki, Bədəl də qoyub ağzın yabana,Danışır bir para sözlər ki, dəyir rövzəxana?— Bəli, qurbanın olum, lap o çıxıb məzhəbdən!Görməyirsənmi, şişib boynu, dönüb bir qabana?!Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü-imanı danıb, yoldan azıbdır, babıdır!— O qurumsaq Cəbi də gözləməyir hörmətimi,Burda-orda, belə derlər ki, edir qiybətimi...Bəli, hətta bu işin üstə onun arvadına söymüşəm!Borcun odur, gözləmisən qeyrətimi...Mən də hər daim ona yağdıraram lənətimi,Başlayıb dəvətimi, ərz edib hacətimi,Vaqfi-nifirin edərəm hər günümü, saətimi,Deyərəm xəlqə: bu bidinin işi qullabıdır,Siz də lənət oxuyun, çünki bu məlun babıdır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов