Eylə bilirdin ki, dəxi sübh olub
Eylə bilirdim ki, dəxi sübh olub,Mürği-səhər tək bir ağız banladım.
Səng şikəst eylədi balü pərim,Banlamağın hasilini anladım.
Övci-fəzadə görərək bayquşuSəhn də qaqqıldayıram indi mən.
Bir də məni vurma, aman, səngdil,Rəhm elə, nıqqıldayıram indi mən.
Ay çalağanlar, məni qorxuzmayın,Mən sizə tərk eyləmişəm lanəni!
Seyr eləyiz, övci-həvada uçuz,Mən də gəzim səhnəçəyi-xanəni.
Ağlamayın, ağlamayın, cücələr,Banlamaram, banalamaram bir daha.
Banlamamaqdır sizə əhdim mənim,>Söyləmirəm: anlamaram bir daha!
Показалось мне - зреет заря.«Кукаре-еку!» - запел я. А зря:Кто-то камнем мне дал по перу,И я понял: напрасно ору.С той поры прозорливей стал я.Чуть завижу полет коршунья,Под прикрытье скорей норовлю,«Я не бу-у-ду!» - пищу и молю.О лихие ястреба в вышине,Не грозите расправою мне!Ваша доля - парить над землей,Жить в пыли, во дворе - жребий мой.Вы не хнычьте, цыплятки мои,Не нарушу покоя семьи,Кукарекать погас во мне пыл -Значит, стал я умнее, чем был.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-eyle-bilirdim-ki-dexi-subh-olub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Möhtərəm Molla Nəsrəddin əfəndi!Acizanə xahiş edirəm ki, bu neçə
Komediya kəmali-ləyaqətlə oyanıldıAvrustun 3-də Salamovların evində Qarabağda axır vətdə erməni-müsəlman qirğınında yaralanmış müsəlmanların mənfəətinə müdiri-məsuk uçitel Əlicabbar Orucəliyev cənablari sair ziyalı cavanlar ilə mütəffiq N.Vəzirovun dörd pərdəli “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasın səhneyi-tamaşaya qoydular. Spektakl çıxarılacaq otaq vəsi və geniş zaldan ibarət idisə də, izdiham və qələbəlikdən insan adətən yerindən hərəkət edə bilməyirdi. Tamaşaçiların boylə cəm olduqlarında ancaq ianə etmək ən ümdə məqsədləri və saf-sadiq niyyətləri olduğu hər kəsin nasiyeyi-əhvalından müşahidə olunurdu. Ianə mətlub vəchilə olmuş idisə də, spektakl dəxi müntezəm bir surətde tərtib olunmuş vəz ilə hüzurə çıxarılıb, kəmali-ləyaqət ilə oynanıldı.Cəbrayılov cənabları (Hacı Qənbər) hansi ki, öz dövleti[ni] əla dərəcədə dərk etdiyindən hərəkati-səkənatında və ədayi-kəlimat və bəyənatında ziyadə məharət göstərib, cəmaəti qah-qah ilə güldürürdü. Cənab Məhəmmədov (Aşıq Vəli) aşıqlar tərzində gözəlcə saz çalıb, xoş avaz ilə oxumağında və məlahətli oynamağında cəmaəti valeh ediyordu. Ağalarbəy Hüseynbəyov (Əşrəf) özünü səhneyi-tamaşada asudə saxlamaqla müəssir dediyi ibrətamiz sözləri tamaşaçıları məbhut etmişdi. Mustafayev (Cəbi) öz rolunu nəhayət dərəcədə əzbərləmişdi. Danışığında, hərəkətində bir hiyləkar nökəri mücəssəm ediyordu.
QeyrətBu gün aləmi-mətbuatı-islamdə nəşr olunan qəzetlərin hansı bir nömrəsidir ki, onda islamiyyətin tədənnisindən bəhs edilib tərəqqi və təalisinə milləti-islam tərğib və təhris olunmasın?Zənni-axizanəmə görə bunca tərğib və təhrisdən murad islamın ancaq islamiyyət ilə bərabər edəcək olduğu tərəqqisidir ki, onun sayəsində hər cəhətlər qeyrəti-islam edəcək və namusi-millət mülahizə olunsun; nəinki daireyi-islamdan xaric tərəqqidir ki, onilə nə irzi-islam mühafizə və nə qeyrəti-millət oluna bilər.
Qarğa və tülküPendir ağzında bir qara qarğaUçaraq qondu bir uca budağa.
Стихи других поэтов
Ey Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
GörüşəndəBağ arası sular daşar,Qönçə güllər pıçıldaşar.
A.S.Puşkinin ölümünə Şərq poemasıНе предавая очей сну, сидел я в ночи и говорил сердцу: О родник жемчуга тайны!Что случилась, что соловей цветника твоего отстал от песен? Что случилось, что попугай красноречия твоего замолк?
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,