Eylə bilirdim ki, dəxi sübh olub,Mürği-səhər tək bir ağız banladım.

Səng şikəst eylədi balü pərim,Banlamağın hasilini anladım.

Övci-fəzadə görərək bayquşuSəhn də qaqqıldayıram indi mən.

Bir də məni vurma, aman, səngdil,Rəhm elə, nıqqıldayıram indi mən.

Ay çalağanlar, məni qorxuzmayın,Mən sizə tərk eyləmişəm lanəni!

Seyr eləyiz, övci-həvada uçuz,Mən də gəzim səhnəçəyi-xanəni.

Ağlamayın, ağlamayın, cücələr,Banlamaram, banalamaram bir daha.

Banlamamaqdır sizə əhdim mənim,>Söyləmirəm: anlamaram bir daha!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yadigar

Möhtərəm Molla Nəsrəddin əfəndi!Acizanə xahiş edirəm ki, bu neçə

2 мин
Komediya kəmali-ləyaqətlə oyanıldı

Avrustun 3-də Salamovların evində Qarabağda axır vətdə erməni-müsəlman qirğınında yaralanmış müsəlmanların mənfəətinə müdiri-məsuk uçitel Əlicabbar Orucəliyev cənablari sair ziyalı cavanlar ilə mütəffiq N.Vəzirovun dörd pərdəli “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasın səhneyi-tamaşaya qoydular. Spektakl çıxarılacaq otaq vəsi və geniş zaldan ibarət idisə də, izdiham və qələbəlikdən insan adətən yerindən hərəkət edə bilməyirdi. Tamaşaçiların boylə cəm olduqlarında ancaq ianə etmək ən ümdə məqsədləri və saf-sadiq niyyətləri olduğu hər kəsin nasiyeyi-əhvalından müşahidə olunurdu. Ianə mətlub vəchilə olmuş idisə də, spektakl dəxi müntezəm bir surətde tərtib olunmuş vəz ilə hüzurə çıxarılıb, kəmali-ləyaqət ilə oynanıldı.Cəbrayılov cənabları (Hacı Qənbər) hansi ki, öz dövleti[ni] əla dərəcədə dərk etdiyindən hərəkati-səkənatında və ədayi-kəlimat və bəyənatında ziyadə məharət göstərib, cəmaəti qah-qah ilə güldürürdü. Cənab Məhəmmədov (Aşıq Vəli) aşıqlar tərzində gözəlcə saz çalıb, xoş avaz ilə oxumağında və məlahətli oynamağında cəmaəti valeh ediyordu. Ağalarbəy Hüseynbəyov (Əşrəf) özünü səhneyi-tamaşada asudə saxlamaqla müəssir dediyi ibrətamiz sözləri tamaşaçıları məbhut etmişdi. Mustafayev (Cəbi) öz rolunu nəhayət dərəcədə əzbərləmişdi. Danışığında, hərəkətində bir hiyləkar nökəri mücəssəm ediyordu.

2 мин
Qeyrət

Bu gün aləmi-mətbuatı-islamdə nəşr olunan qəzetlərin hansı bir nömrəsidir ki, onda islamiyyətin tədənnisindən bəhs edilib tərəqqi və təalisinə milləti-islam tərğib və təhris olunmasın?Zənni-axizanəmə görə bunca tərğib və təhrisdən murad islamın ancaq islamiyyət ilə bərabər edəcək olduğu tərəqqisidir ki, onun sayəsində hər cəhətlər qeyrəti-islam edəcək və namusi-millət mülahizə olunsun; nəinki daireyi-islamdan xaric tərəqqidir ki, onilə nə irzi-islam mühafizə və nə qeyrəti-millət oluna bilər.

1 мин
Qarğa və tülkü

Pendir ağzında bir qara qarğaUçaraq qondu bir uca budağa.

1 мин

Стихи других поэтов