Gavur qızı ("Bilməm nə çarə eyləyim, ay Molla Nəsrəddin!")
Bilməm nə çarə eyləyim, ay Molla Nəsrəddin!1Çərlətdi lap məni bizim övrət, gavur qızı!On beş, on altı, bəlkə də on yeddi il olurVardır mənim evimdə bu külfət, gavur qızı!Üç-dörd uşaq doğub, qocalıb, dişləri düşüb,Bir kaftara dönübdü bu nikbət, gavur qızı!İndi nə qədr ona deyirəm, sən qocalmısan,Çoxdur işin, olur sənə zəhmət, gavur qızı, –Gəl razı ol ki, bir qız alım, mən də kef çəkim,Həm eyləsin sənə dəxi xidmət, gavur qızı!Bundan yana dönüb itə mır-mır mırıldayır,Qoymur olam evimdə də rahət, gavur qızı!Bir söyləyən yox, ay başı batmış, nə borcuna,Həqqin nədir salırsan ədavət, gavur qızı?!Sübh oldu dur, inəkləri sağ, çalxa nehrəni,Divarə yaptəzək, elə qeyrət, gavur qızı!Örkən, palas, çatı toxu, ip tovla, yun dara,Təndir qala, bişir çörək, aş, ət, gavur qızı!Sal başını aşağə sən, ancaq işində ol,Paltar yu, ev süpür, elə xidmət, gavur qızı!Yoxsa nə borcuna ki, ər övrət alır yenə,Övrətsən, ancaq eylə itaət, gavur qızı!Ərdir, özü bilər, neçə övrət alar, alar,Heyvan kimi durar, baxar övrət, gavur qızı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-gavur-qizi-bilmem-ne-care-eyleyim-ay-molla-nesreddin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Сумеет ли нас бестолковый понять как-нибудь?Войдет ли в тупицу ума благодать как-нибудь?
Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!Черт побери, уснул же этот малый! Как мертвый спит,Не шевельнется даже одеяло! Как мертвый спит!
Təraneyi-əsilanəЭй, чумазый, как ты втерся в наш имущий класс?!Неужели в самом деле ты достоин нас?!
Leyli-MəcnunО, богатств моих расточитель злой,Мой несчастный сын, мой мучитель злой!
Стихи других поэтов · Сатира
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!
Dədəm vay!Hitlerin dedikləri*Olmaz mənə bir çarə, işim yaşdı, dədəm vay!
Qafqaz xəbərləriNəzm ilə*Şairlərimiz şəhərlərdən belə xəbər verirlər:
Maddeyi-tarixYatmış idim, gecə röyada məni tutdu köpək,Ol qədər keçmədi ki, gördüyüm oldu gerçək.