Bir hörümçək özün çəkib durdu,

Dedi fəxr ilə:-Ey ipək qurdu!

Nə xəsilətlə iş görürsən sən,

Niyə bunca ağır hörürsən sən?!

Gəl mənim sənətimdə sürətimi

Görüb iqrar qıl məharətimi.

İşə gircək tamamını hörürəm,

Az zaman necə çox iş görürəm?!

Baxdı, güldü ona ipək qurdu,

Sərzəniş etdi, tənələr vurdu.

Dedi:-Bərfərz olsa, hər yerdə

Toxuyarsan böyük, kiçik pərdə.

De görüm, onların nədir səməri?

Bəlkə də hər kəsə çatır zərəri.

Leyk məndə yox isə də sürət,

Yapdığım işdə var ağır qiymət.

Aləmə faidə verir karım,

Hər kəs istər ola xəridarım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов