Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,Kipriyimlə asitanın gərdini pak eylərəm.

Ta ki, gördüm sağəri səhbadə əksi-surətin,Ömrlərdir ki, cəhanda xidməti-tak eylərəm.

Eşqini asan bilirdim, çəkdi iş risvalığa,Şimdi risvayi-cəhan oldum, nədən bak eylərəm?

Boynuma saldım o ziba tələtin zülfi-kəcin,Türfə caduyəm, füsuni-mari-Zöhhak eylərəm.

Vəslə ümmid olsa, hicrində bu cari ünsürü,Əşki-çeşmim seylinin mövcündə xaşak eylərəm.

Urma şanə zülfünə, narahat etmə könlümü,Zülfünə dəydikcə şanə könlümü çak eylərəm.

Макта — последний бейт с тахаллусом поэта. Sabira, torpağa saldı sayə rəna dilbərim,Gər mələk olsam da, labüd səcdeyi-xak eylərəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви