Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!Nə də tərpənməyir üstündəki yorğan, ölübə!..

Bu qədər qışqırığa durdu qonum-qonşu təmam,Dəbərişməz də, veribdir, deyəsən, can, ölübə!

Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,Ölülər yatmağıdır, yox buna payan, ölübə!

Çox sovuqdur çıxan ahəstəcə tək-tək nəfəsi,Bədənində donuşub, ləxtələnib qan, ölübə!

Cumuxub canına bitlər, birələr, hiss eləmir,Çalsa əqrəb də hənuz eyləməz əmman, ölübə!

Hansı bir doktora ərz etdim onun illətini,Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölübə!

Nə “masaj” ilə, nə “məsnui-tənəffüslə” bunun –Və nə “dağ” ilə olur dərdinə dərman, ölübə!

Bunu hətta düşünüb cümlə müsəlman uşağıHər vilayətdə deyirlər: pay atonnan, ölübə!

Məzəli lap bu ki, bir parə urus “dama”larıQoşulub bunlara derlər ki, müsəlman ölübə!

Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,Tapmasan çarəsini sən də de ordan: ölübə!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира