Qabla dəxi marfaşını, Mir Haşım!
Qabla dəxi marfaşını, Mir Haşım!1Durma, götür qaç başını, Mir Haşım!Qəsb edəli məsnədi-peyğəmbəri,Dikkeyi-baqqal elədin mənbəri,Lobya, noxud satmağa oldun cəri,İndi dəxi xoşlamayır müştəriKüncüdünü, xaşxaşını, Mir Haşım!Durma, götür qaç başını, Mir Haşım!Həq səni məhkum elədi taətə,Səcdə üçün adəmi-hürriyyətəEtdin iba əmri-rübubiyyətə,Eyləmədin səcdə, di gəl lə’nətə!Süzmə dəxi göz-qaşını, Mir Haşim!Durma, götür qaç başını, Mir Haşim!Əbrəhə tək əzm elədin fil ilə,Kə’bə evin yıxmağa tə’cil ilə,Dəsti-xuda teyri-əbabil iləBaşınızı deşdimi siccil ilə?4Qırdımı yaz-yoldaşını, Mir Haşım!Durma, götür qaç başını, Mir Haşım!Sən o deyildinmi, edəndə qiyamSəcdə edərdi sənə yeksər əvam?İndi olar da ayılıb bittəmam,Qılmadı heç yerdə sənə ehtiram,Atdı cəmaət daşını, Mir Haşım!Durma, götür qaç başını, Mir Haşım!Neyləyəsən, xəlqə sözün batmadı,Hiylələrin bir kəsi aldatmadı,Çərxəçilər də usanıb yatmadı,İndi ki, əhrarə gücün çatmadı –Topla qohum-qardaşını, Mir Haşım!Durma, götür qaç başını, Mir Haşım!Səndə günah qalmadı5, qurban sənə,Sə’y elədin, çatmadı meydan sənə,Qaldı fəqət həsrətü hirman sənə,Çünki həram oldu fisincan sənə,İndi ye öz bozbaşını, Mir Haşım!Durma, götür qaç başını, Mir Haşım!Yardımı Səttar6 başını, Mir Haşım?!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-qabla-dexi-marfasini-mir-hasim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Кто видит богача бесстрастное лицо -Тот видит низости ужасное лицо!
Dindirir əsr bizi,-dinməyirizЭпоха с нами говорит, а мы как в рот воды набрали.Грохочут пушки, гром гремит... Проснуться всё же не пора ли?
Əksimə ("Zahidin əksimə düşcək nəzəri-xudbini")Zahidin əksimə düşcək nəzəri-xudbini –Görür ayineyi-safımda o bir bidini;
Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!Да, брат, персидский жив народ! Всем страсть его сейчас видна!Горячка новых обществ нам уже не в первый раз видна.
Стихи других поэтов · Сатира
Dövran edərdi dövrün, rəftar bilməsəydi,Gündə günah edərdim, qəhhar bilməsəydi.
Çıxmadı, qurtulaq dərdü bəladanÇıxmadı, qurtulaq dərdü-bəladan,Gündə bir zakuni görən canımız!
Lay-layLay-lay deyim, yat, ciyərim parəsi,Ağlama çox, ey gözümün qarəsi,
İradəmizə yazılan əşar nümunələriMühərrlrlərimiz**Şeyx Hüseynİn görse Mirxaniyan “Bəyanül-həqqi”ni,