Əfsus qocaldım, ağacım düşdü əlimdən,Səd hey cavanlıq!Zəf eylədi aciz məni, qaldım əməlimdən,Çəkdim nə ziyanlıq!Satdıqca cavanlıqla keçən günləri yadəDərdim olur on qat!Ya rəb, yetərəm birdəmi dünyada muradə?Heyhay və heyhat!Saqqal ağarıb, bel bükülüb, dinmə filanı!Övqatım olub təlx;Övrət də yaxır saqqalına gündə hənani,“Rişi ki, bərəng əlx”.Yad olsun o günlər ki, muradımca gəzərdimSazəndə Oruğnan:Min acizü biçarələrin başın əzərdimSillə və yumuruqnan.Bu sayədə hər ləhzə edib səyü təlaşı,Sərvət qazanardım;Təhsil eləyib qol gücünə əmri-məaşı,Dövlət qazanardım.Əzalar isə süst olub indi qocalıqdan,Bir dadrəsin yox!Görməzmisən əhvalımı, düşdüm ucalıqdan,Fərdayəsim yox,Heç yerdə səsim yox,Kəskin nəfəsim yox,Fikrimdə cavanlıq,Başqa həvəsim yox.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира