Qoyma gələ, saqiya, zahidi meyxanəyə,Dönməyə meyxanəmiz məscidi-viranəyə

Urma gireh zülfünə, eylə həzər, ey sənəm!Oxşamasın şəkldə səbheyi-səddanəyə.

Hirz ilə, əfsun ilə olmaz ilaci-cünun,Eşq sözündən səva söz demə divanəyə.

Badeyi-təlx içrə bu nəşəyi-şirin nədir?Yoxsa qoyub dilbərim ləb ləbi-peymanəyə?

Şimdi ki, üzdün əlin zülfi-pərişandən,Barı gəl izhar qıl dərdi-dilin şanəyə.

Şəmi də yaxmaqdadır atəşi-sevdayi-eşq,Şöleyi-pərtövfüruz xasmı pərvanəyə?

Sabir o cənnətrüxün kəndümi-xalin görüb,Az qalıb Adəm kimi aldana bir danəyə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви