Baxma mənə
Səni candan sevirəmsə,Kölən kimi baxma mənə!Ürəyimdə nə çəkirəm?Bilən kimi baxma mənə!
Nə keçirsə gündən keçir,Ümidimiz gendən keçir,Bu dərdlər ki məndən keçirGülən kimi baxma mənə!
Sızlasam da rişə-rişə,Ürəyinə dəyməmişəm,Ölüb dirilməkdi peşəm,Ölən kimi baxma mənə!
24.V.1994
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-baxma-mene
Клавиши ← → для перехода, R — случайное стихотворение