Xalqın ürək yanğıları daş əridir,Dağ oynadır könlündəki ağrı-acı,Hər günümüz bir faciə əsəridir,Beş-onumuz oyunçudur,qalanımız-tamaşaçı!

Hər adamın göydən gələn qisməti var,Birisinə gül dəstəsi,birisinə güllə çatır.Bu dünyada bir az bazar xisləti var,Az hissəmiz söz satandı,çox hissəmiz alqış satır!

Millətimin taleyində bu bir yazı –Üz üzədir sevgi kinlə,qılınc qanla.Hər danışan bir siyasət balıqçısıMin ürəyə qarmaq atır bir yalanla.

Bu yürüşə taleyini qoşanla birQoşulubdu ağız busub, söz güdən də.Qoca karvan bu yollarda divanədir,Söz sorsa da mənzil sormaz hər ötəndən.

Mən dərvişəm, ürəyimi dərd oxudur,Kimlərisə isidəcək dərd ocağımBu dünyanın heç nəyində gözüm yoxdur,Bəlkə bir az Tanrıdan var umacağım.Taledən var ehtiyacım – sözə əvəz...Halal sözü haram payla yoxlamasın.Daha məni öz yolumdan döndərəmməz,Ovsarımı quyruqlara bağlamasın!

Qoca karvan, qoca millət! Ümman daşıbAy söndürür, Gün keçirir, Zaman qovur.Ancaq deyən sarvanımız harınlaşıb,Ancaq deyən paslanıbdı zınqrovu.

Bu çanları cingildətdim öz səsimlə,Zəhər qatdım Sarvan bəyin yuxusuna.Bəlkə köylü, bəlkə göylü nəfəsimləBu karvanın gözündəki yuxu sına!

Ümidlərdən işıq əmir yerim, göyümHəqiqəti doğmalıdır Tarix – ana.Necə deyim, bu millətə necə deyim,İnanmasın dirijorlar çubuğuna.

Birlik deyib yüz ildə bir yığıldıqsaHər qorxunu, hər hiyləni duyacaq kim?Öz dərdinə heyrət ilə qulaq asanMillətimə “bu iblisdi!” necə deyim?

Necə deyim kimlər burda nələr gəzir,Nə umurlar haq-nahaqqa axan qandan.Bu meydanda öz himninə yananla birVar özgənin havasını çaldıran da!

Dərələri görəmməzdim yal aşanda,Cavab vermək ağır gəlir goreşənə.Bu çör-çöplər ayağıma dolaşandaMən qaçırdım həsrətimin görüşünə.

Vətən eşqi!Bir əsim yel, ötən duman,Onumuzun ürəyində, minimizin dilindədir.Mən azadlıq qapısını döyən zamanGördüm o da iblislərin əlindədir.

Yurd yenilib?Ürək yara, dilim qabar,Hara baxsan söz gülləsi...kimlər kimin qarasına!Dünən xalqa öz eşqindən dəm vuranlarMəlhəm deyil, köz basırlarməmləkətin yarasına!

Tariximin göz dağları –aldananlar, yanılanlar.Ancaq yenə divar-qalın, pərdə-dəmir!Zaman-zaman lənət ilə anılanlarÇürük kökdən təzədənnən pöhrələnir!

Lənət olsun bu vəzifə minnətinə!Qırmaq olmur – həmin kilid, həmin açar.O sirlər ki dərd artırar millətiməMən demədim, mən açmadım...Zaman açar!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине