Çaylar üzü dənizə boy atır,Çiçəklər üzü günəşə.Üzü sənə yaşayıram həmişə.Gecələr yuxuma dolursan,Gündüzlər qorxuma,Mən səni axtarmıramTale çıxarır qabağıma.Hər şey sənə bağlıdır –Hətta dərd-sər, intizar,

Qəm nədir ki, onda daCanlı bir heykəlin var.Ən uzaq qürbətlərinbuz kimi daşı belə,Dənizlərin dalğası,göylərin quşu belə –Sirli, gözəgörünməzbir simlə sənə bağlı.Yaşayıram dünyadaürəyimin ağrısı,gözümün işığıyla,ümidimlə, dərdimlə,hissimlə sənə bağlı.

... Torpaq üzü göylərə yaşayır,üzü göyə, Allaha...Mən də adi torpağam!Üzü sənəyəm hər an,üzü sənə-həsrətə,üzü qəmə, möhnətə.Üzü cavabsız sözə,boşluğa, itkilərə!Səni əlimdən alanişıqsız bir səhərə!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов