Bir ucu dənizdə, bir ucu göydəTorpaqdan Allaha çatan yollarım.Yamac əyrisində ilana dönübDüzün düzlüyündə yatan yollarım.

Dərədə qaranlıq, zirvələrdə dan,Keçər iqlimlərin hər havasından.Quzey payızından, güney yazındanYükünü doyunca tutan yollarım.

Ünvanı şərikdir çiçəklə daşın,Keçir arasından göz ilə qaşın,Dönüb körpüsünə yay ilə qışınPayızı bahara qatan yollarım.

Min ocaq səsləyir, min ev çağırır,Ən uzaq mənzilə yetir axırı,Cığal ədasını milyon cığırınAğsaqqal səbrində udan yollarım.

Asılıb dumanın bəyaz saçından,Köz alıb şimşəyin od ağacından,Məni biganəlik dolanbacındanAna qucağına atan yollarım.

14.VIII.1984

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе